Cümə, 31 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu “Hizbullah”a sərt xəbərdarlıq edib

İsrailin Baş naziri “Hizbullah”a müharibəyə qoşulacağı təqdirdə onu ağır nəticələrlə hədələyib...

Livanın “Hizbullah” şiə təşkilatı İsrailə qarşı müharibəyə girmək qərarına gəlsə, çox peşman olacaq.

Poliqon xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında deyib.

“Əgər “Hizbullah” səhv edib bu müharibəyə girərsə, onlar peşman olacaqlar. İkinci Livan müharibəsi onlara gözəl yuxu kimi görünəcək. Onlar da HƏMAS kimi Livanın mülki əhalisini təhlükə altına qoyurlar və biz də onlara qarşı tədbir görməyə məcbur olacağıq. Onlar müdaxilə etsələr, “Hizbullah”a vuracağımız zərər ağlasığmaz olacaq. Ona görə də ümid edirəm ki, cənab prezident, sizdən, bizdən və ABŞ-dan gələn xəbərdarlığa qulaq asarlar və bunu etməzlər. Əks halda onlar dəhşətli nəticələrlə üzləşəcəklər”, deyə Netanyahu xəbərdarlıq edib.

Qeyd edək ki, oktyabrın 24-də İsrail prezidenti İsaak Hersoq da Makronla görüşündə demişdi ki, onun dövləti şimal sərhədlərində qarşıdurma istəmir, lakin “Hizbullah” şiə təşkilatı onları müharibəyə sürükləsə, Livan əməllərinin əvəzini ödəyəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sümbülə Əliyeva: "Öz yerimə təyin etdiyim şəxs bütün sənədləri saxtalaşdırıb"

"Manatlıq taksi" dövrü bitir: Cərimə yazılacaq

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Bakının dörd rayonunun qaz təchizatında fasilə yaranacaq

BMT-də İbrahim Rəisinin xatirəsinə həsr olunmuş iclas keçirilib

Azərbaycan Yeparxiyasının yeni yepiskopu seçilib

Mikayıl Cabbarov: "Dövlət borcunun səviyyəsi çox aşağıdır"

Təkmilləşdirmə kursunu bitirən zabitlərə sertifikatlar təqdim edilib

Qusarın İcra başçısı vəzifəsindən azad edilib

Ən çox oxunanalar