Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tədbir keçirilib - Fotolar

Nəsimi rayonda 1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tədbir keçirildi...

Ümummili Liderimiz Heydər Əliyevin 09 avqustun 2001-ci il tarixli fərmanına əsasən 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbaycan Respublikasında  Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Nəsimi rayon İcra Hakimiyyətində 1 Avqust-Azərbayc an Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi RİH Başçısı yanında İctimai Şuranın üzvləri, rayon Ağsaqqallar Şurasının sədr müavini, professor İmamverdi Həmidov, rayonun ümumtəhsil müəssisələrinin  rəhbərləri, rayon gəncləri və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının I müavini Gülarə Verdiyeva hər bir xalqın varlığında doğma dilin önəmi, ana dilimiz, əlifbamız və onun qorunması üçün təsis edilmiş Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü haqqında ətraflı məlumat verib. O bildirib ki, Ana dili və əlifbası hər bir xalqın milli sərvəti, varlığının təsdiqi və kimliyidir. Azərbaycan xalqının başqa sərvətləri kimi əlifbası və dili də zaman-zaman yadelli işğalçıların təzyiqinə məruz qalsa da, millətin öz taleyinə sahibliyi və dilimizin zənginliyi onun məhv olmasına imkan verməyib. Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar müstəqilliyimiz in ilk ili olan 1991-ci ildə qəbul edilsə də, bütövlükdə yeni əlifbaya keçid prosesinin başlanması və onun uğurla başa çatdırılması müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafına, onun rəsmi dövlət dili statusu almasına, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına  yol açmasına nail olmaqla bəyan etdi ki, ana dilinə sevgi və məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq borcudur.

Ümummilli Liderin ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrim izə böyük həssaslıqla yanaşır. Prezident İlham Əliyevin həyata keçirdiyi mühim və uğurlu tədbirlərdən biri 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi prosesini sürətləndirib və milli kitabxana fondunu zənginləşdirib.

Daha sonra rayon Ağsaqqallar Şurasının sədr müavini, professor İmamverdi Həmidov və başqaları çıxış edərək bildirdilər ki, Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindənd ir. Çünki bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılar ının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

Sonda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, xalqımız üçün əlamətdar olan bu günün tarixi haqqında müzakirələr aparıldı.

Fotolar

Poliqon.info 


Etiket: Nəsimi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq

Bu bürclər yaxın günlərdə peyğəmbərlik yuxusu görə bilər

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Ən çox oxunanalar