Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlər Kabineti: Pozitiv tendensiya özünü təsdiqləyib

“Dünənki və bugünkü rəqəmlər göstərir ki, artıq pozitiv statistika tendensiya halını alıb. Bu, artıq üçüncü mərhələnin başlanması deməkdir”...

PİA.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin efirində yayımlanan “Hədəf” verilişində deyib.

“Birinci mərhələ fevralın 28-də ilk yoluxma faktının qeydə alınmasıdır. Fevralın 28-dən aprelin 11-dək, demək olar ki, fasiləsiz neqativ tendensiya var idi, yəni yoluxma artırdı və sağalanların sayı isə az idi. Amma aprelin 12-dən etibarən pozitiv rəqəmlər də görünməyə başladı. Elə günlər oldu ki, sağalananların sayı yoluxanların sayını üstələdi. Pozitivlə neqativ bir-birini əvəzləyərək aprelin 18-dək davam elədi, yəni sabitləşdi", - deyə İ.Məmmədov bildirib.

Nazirlər Kabientinin sözçüsü vurğulayıb ki, artıq aprelin 19-da pozitiv tendensiya təsdiqlənib (25 yoluxma, 122 sağalma) və demək olar ki, sağalma 5 dəfə yoluxmanı üstələyib: "Bu gün isə sağalma 2 dəfə yoluxmanı üstələyib. Son günlər ardbaard sağalmanın yoluxmanı üstələməsi, həm də bu istiqamətdə fərqin getdikcə böyüməsi bizə onu deməyə əsas verir ki, pozitiv tendensiya artıq özünü təsdiqləyib və biz artıq pozitiv istiqamətdə irəliləməkdəyik”.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar