Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir BMT rəsmisini azad olunan ərazilərə qayıdış barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müdafiə məsələləri üzrə köməkçisi Ruven Menikdivelanı işğaldan azad olunmuş ərazilərə qaydış proqramı barədə məlumatlandırıb...

XİN-dən bildirlib ki, C.Bayramov martın 14-də R.Menikdivela ilə görüşüb.

Görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə əməkdaşlıqdan irəli gələn məsələlər, habelə regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələrinin aradan qaldırılması, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində BMTQAK ilə həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd edib.

Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə bağlı məlumatlandırılıb.

Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş ərazilərə ləyaqətli qayıdışının təmininə istiqamətlənən "Böyük Qayıdış" proqramının ölkəmiz üçün əsas prioritetlərdən biri olduğunu qeyd edən nazir C. Bayramov, bir sıra istiqamətlərdə BMT QAK ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğumuzu diqqətə çatdırıb.

C.Bayramov həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi məlumatlandıraraq, COP29 çərçivəsində BMTQAK ilə bir sıra birgə tədbirlərin təşkilinin mümkün olduğunu bildirib.

R.Menikdivela Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə mübarizədə nümunəvi ölkələrdən biri olduğunu qeyd edərək, bu istiqamətdə hazırkı postmünaqişə dövründə BMTQAK-ın məcburi köçkünlərin qayıdışı çərçivəsində mümkün dəstəyi göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Ən çox oxunanalar