Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanın Maliyyə naziri pensiyaları necə mənimsəyir? - Səlim Müslümovun yolunu gedən Rafael Əliyev  

Odədiyimiz pulla halal pensiyamızı da ala bilmirik...

«Salam, hörmətli Heydər Oğuz müəllim. Mən bir neçə aydır pensiyaya çıxmışam. Pensiyamın az olması məndə şübhə yaratdı. Bakıdan yaşayan bir qohumumun məsləhəti ilə sosial.az-da video qeydiyyatdan keçib ödənişlərimə baxanda gördum ki, ödədidiyim pullar pensiya üçün yığılmis balansımda yoxdur».

Ovqat.com-a Naxçıvandan göndərilmiş şikayət məktubunda belə deyilir.

«Xan» rejiminin amansız repressiyasına uğrayacağından ehtiyat etdiyimiz üçün adını açıqlamadığız şikayətçi bildirir:

«Yaşıdlarımdan soruşdum onlarda da eyni vəziyyət idi. DSMF-yə muraciət etsəm də nəticə olmadı. Müəssisəm isə möhürlü sənəd göstərdi ki, sənin ödənislərin düzdür. Təkrar DSMF-ya müraciət etdim. Mənə bildirirdilər ki, Naxçıvan MR Maliyyə naziri Rafael müəllimin tapşırığıdır belə olub: 2021 və 2022-ci ilin DSMF ödənişlərindən hər vətəndaşdan illik olaraq 300-3000 manat arası kəsilsin. Maliyyə naziri isə vətəndasları qəbul etmir ki, şikayətimi ona deyim».

Şikayətçinin iddiasına görə, Rafael Əliyev belə etməklə Naxçıvanda hamını qıcıqlandırır: «Məmuru da, xadiməsi də ona nifrət edir. Odədiyimiz pulla o halal pensiyamızı da ala bilmirik».

Açığı, pensiyaçının illik müavinətindən 3000 manatın necə kəsilə biləcəyi bizə inandırıcı gəlmədi. Şikayətçiyə zəng edib bunun necə baş verə biləcəyini soruşduq. Şikayətçinin izahı belə oldu:

«Məsələn, 2021-ci ildə DSMF-yə illik 5000 manant ödəyən insanlar var. Onlardan 1000 manat tutublar, yerdə qalan 4000 manata görə pensiya təyin ediblər. Hər illik ödənişə uyğun olaraq pensiya üzərinə pul gəlir. İllik maaşın 25 faizi DSMF-yə gedir. Onun 3 faizini pensiyaçı, 22 faizini isə müəssisə ödəyir».

Bir sözlə, Naxçıvandan olan şikayətçinin iddiasına görə, Muxtar Respublikanın bütün əməkçilərinin DSMF-yə ödədiyi pulların bir qismi birbaşa Rafael Əliyevin şəxsi cibinə gedir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

“iPhone 16”-nın istehsala başlama tarixi açıqlandı

Ən çox oxunanalar