Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-Türkiyə münasibəti: Ərdoğan Alyansı terrorçularla əməkdaşlıqda ittiham edib



Yekaterina Çulkovskaya

Carnegie Moscow Center (Rusiya), 09.07.2017


Ərdoğan hərbi əməkdaşlıq şərtlərini yenidən nəzərdən keçirəcəyi haqda NATO üzrə müttəfiqlərinə hədə-qorxu gəlincə Brüsseldə Türkiyənin alyans üçün təhlükələrini fəal şəkildə müzakirə edirlər. 

Bu ilin fevralında müttəfiqliklərini qeyd edən tərəflərin münasibətləri bütün tarixi boyunca ən dərin böhrandan keçir.

Türkiyə tərəfdən getdikcə çox səslər gəlir ki, Türkiyə alyansı tərk etməlidir. Hakim Ədalət və İnkişaf Partiyasının deputatı Şamil Təyyar NATO-nu ümumiyyətlə “Türkiyəyə qarşı əməliyyatlara qatılan terroçu təşkilat” adlandırıb. NATO təmsilçiləri özlərini daha təmkinli aparırlar, lakin hər iki tərəfdə bir-birinə qarşı xeyli iddia yığılıb, qarşılıqlı narazılıq çoxalır, Ankara və Brüsselin sazişə gəlməyə, demək olar, şansları olmadığı məsələlər çevrəsi də artır.

Ankaranın iddiaları

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan iyunun axırında NATO üzrə müttəfiqlərini bunda ittiham edib ki, onlar “terrorçularla əməkdaşlıq edirlər”, bu isə Türkiyə ilə tərəfdaşlıqla uyuşmur. “Bu halda NATO fəaliyyətinin məğzini yenidən nəzərdən keçirmək lazım gələcək. Bu hərəkətlər Şimal Atlantika alyansının norma və prinsiplərinin qabacasına pozulmasıdır”.

Ərdoğan terrorçulardan danışarkən Suriyada İŞİD qruplaşmasına qarşı vuruşan, Pentaqonun hələ 2016-cı ilin mayından silah tədarük etməyə başladığı suriyalı kürdlərin dəstələrini nəzərdə tutur. Ankara Suriya kürdlərinin dəstələrinə Türkiyənin cənub-şərqində otuz ildən çox müharibə apardığı PKK-nn qolu kimi yanaşır. PKK, həqiqtən də, təkcə Türkiyə deyil, həm də NATO tərəfindən terrorçu qurum kimi tanınıb. Lakin alyansda Suriya kürdlərinə başqa bir baxış nöqtəsinin tərəfdarıdırlar (Ola bilsin, Suriya kürd dəstələrinin PKK ilə əlaqələri haqda Türkiyənin təqdim etdiyi dəlillərə göz yummaqla). NATO rəhbərliyində hesab edirlər ki, Suriya kürdləri İŞİD-ə qarşı effektli hərbi gücdür və Suriyaİraqda əməliyyatların uğuru üçün onlarla əməkdaşlıq son dərəcə gərəklidir. Türkiyə öz növbəsində Suriya kürd dəstələri ilə İŞİD radikalları arasında hədd qoymur, iddia edir ki, həm onlar, həm də bu biriləri “terrorçudurlar”. Ərdoğan müttəfiqlərinə dəfələrlə xəbərdarlıq edib ki, gərəkdiyi halda Ankara Suriyanın şimalında kürdlərə qarşı yeni hərbi əməliyyata başlaya bilər.

Kürdlərlə üzrə fikir ayrılığı tərəflərin qarşılıqlı münasibətlərini qəlizləşdirən yeganə məsələ deyil. Türkiyə rəhbərliyi 2016-cı ilin iyulunda baş tutmamış hərbi çevriliş cəhdindən sonra öz xarici siyasətini getdikcə daha çox daxili siyasətin davamına çevirir. Türkiyənin daxili bütün əsas problemləri – kürdlərlə münaqişə, qiyam təşkilatçıları ilə hesab çəkilməsi, Konstitusiyaya düzəliş üzrə referendum və b.k. – NATO daxil olmaqla beynəlxalq tərəfdaşlarla münasibətlərdə bu və ya digər biçimdə əks olunur. Məsələn, Vyana Türkiyədə aprel referendumu ərəfəsində Avstriyada türk diasporu arasında təbliğat mitinqləri keçirməyi yasaqladığı üçün Ankara Avstriyanın NATO-nun bəzi proqramlarına qatılmasının qabağını alır.

Almaniya ümumiyyətlə Türkiyənin İncirlik hərb-hava bazasını tərk etməyə və Suriyaİraqda antiterror əməliyyatında iştirakını bir müddətə dayandırmağa məcbur olub – çünki Ankaranın keçən ilki qiyama qatılmaqda ittiham etdiyi hərbçilərə Berlinin siyasi sığınacaq verməyi Türkiyə hökumətinə xoş gəlməyib.

Almaniya konstitusiyasına əsasən, alman ordusu bundestaqa tabedir, buna görə də deputatlar xaricdəki alman əsgərlərinə baş çəkməyə borcludurlar.  Onlar İncirlik bazasında yerləşmiş hərbçilərinə baş çəkmək üçün bir aydan çox Ankaranın icazəsini almağa cəhd ediblər, lakin səyləri uğurla nəticələnməyib – Ankara icazə verməyib. Hətta Almaniaya xarici işlər naziri Ziqmar Qabrielin Türkiyəyə özəl səfəri də böhranı tənzimləyə bilməyib. Nəticədə Almaniya hökuməti iyunun əvvəlində Türkiyə bazasını tərk və öz hərbçilərini, texnikasını İordaniyaya köçürmək haqda yekun qərar qəbul edib. Almaniyada hadisələrin bu cür inkişafına NATO üzrə müttəfiq tərəfindən satqınlıqdan başqa cür yanaşmırlar. İmtinanı Türkiyədə “daxili səbəblərlə” izah edirlər.

Dünyada ən böyük türk diasporunun Almaniyada yaşadığı nəzərə alınsa, “daxili səbəblər” Almaniya və Türkiyə münasibətlərində bundan sonra da müxtəlif cür münaqişələr üçün bəhanə ola bilər. Ankaranın hərbi çevriliş cəhdinin təşkilində ittiham etdiyi vaiz Fətüllah Gülənin “Xidmət” hərəkatının xeyli tərəfdarı, həmçinin kürd fəallar Almaniyaya qaçıblar. Türkiyə tərəfinin hesablamasına görə, içində çoxlu hərbçi və diplomat olan dörd yüzdən çox adam siyasi sığınacaq üçün alman hökumətinə üz tutub. Türkiyə onların təcili ekstradisiyasını tələb edir.

NATO gözləyir

Öz növbəsində NATO-nun da Türkiyəyə xeyli etirazı yığılıb, lakin alyans Türkiyədən fərqli olaraq gözləmə mövqeyi tutmağa üstünlük verir və Ankaraya hər hansı ittiham təqdim etməyə tələsmir. NATO-nun əsas narahatlıq qaynaqlarından biri alyansda sayca ikinci türk ordusunun indiki durumudur.

Türkiyə hökuməti baş tutmamış çevrilişdən sonra kütləvi həbslərə və onun fikrincə, qiyama dəxli olan şəxsləri işdən azad etməyə başlayıb. Hərbçilər hamıdan çox cəzalanıb. Həbslər türk ordusunu sıralarını güclü şəkildə seyrəldib. “Hurriyet Daily News” qəzetinin isnad etdiyi Türkiyə silahlı qüvvələrinin məlumatına görə, qiyama iki həftə qalmış türk ordusunda 518 mindən çox adam var idi, hazırda 355 212 nəfərdir. General heyəti də üçdə bir hissə azalıb. Türkiyə hərbi təyyarəçilərin ciddi qıtlığı ilə üzləşib.

NATO üzrə müttəfiqlər Türkiyə ordusunda baş verən dəyişiklikləri təşvişlə izləyirlər. Türkiyə silahlı qüvvələrinin ali heyəti artıq əvvəllər arıntıya məruz qalıb. Ərdoğanın islamçı hökuməti keçmiş müttəfiqi, ilahiyyatçı Fətullah Gülən və ardıcılları ilə birlikdə bir zamanlar hərbi elitaya qarşı “Balyoz” və “Ərgənəkon” məhkəmə işlərini quraşdırıblar. Türükiyə ordusunun yüzlərlə general və zabiti həbs edilib. Bunlar əsasən  Ədalət və İnkişaf partiyası və Gülən hərəkatı ittifaqına təhlükə təşkil edən Qərbyönlü kamalçı hərbçilər idilər.

Lakin “Balyoz” və “Ərgənəkon”dan fərqli olaraq orduda indiki təmizləmələr miqyasına görə misilsizdir. NATO ölkələrinin hökumətləri görür ki, alyans ölkələrində xarici missiyalarda olan yüzlərlə hərbçi siyasi sığınacağa görə onlara müraciət edib. Onlar Türkiyəyə qayıtmaqdan imtina edir və bunu oranın onlar üçün təhlükəsiz olmadığı və istənilən an həbs edilə biləcəkləri ilə izah edirlər.

NATO həmçinin Türkiyənin Rusiya ilə yaxınlaşmasını və Ankaranın iştirakı ilə Suriya tənzimlənməsi üzrə Moskvanın təşkil etdiyi üçtərəfli formatda Ankaranın iştirakını diqqətlə izləyir. Ankaranın Moskva ilə S-400 Rusiya zenit-raket komplekslərinin alqısı üzrə mümkün sövdələşməsi də alyansı narahat etməyə bilməz. Bu sövdələşmə xüsusunda Qərb ekspertləri arasında ümumi rəy yoxdur. Çoxları güman edir ki, Rusiya S-400-lərinin alqısı haqda danışıqlar Türkiyəyə ancaq ona görə lazımdır ki, NATO üzrə müttəfiqləri əsəbiləşməyə məcbur etsin və öz müstəqilliyini bir daha sərgiləsin. İstisna deyil ki, Moskva ilə danışıqlar türklərə praqmatik təsəvvürlər üzündən gərəkdir: sadəcə, NATO sistemlərinin qiymətini aşağı salmaq istəyirlər. Lakin NATO-Türkiyə münaqişəsi daha dərinə getdikcə bu cür sövdələşmə lap mümkünsüz görünür.

Fitnəkardır, amma bizimkidir

Türkiyə Moskva ilə dilxoşluqları və alyansın ayrı-ayrı ölkələri ilə münaqişədə NATO-nu getdikcə daha cürətlə fitnəyə çəkir. Ankara bununla da müttəfiqlərinə öz müstəqillik və dəyərini göstərmək istəyir. Ərdoğan Türkiyəsi alyansda ikinci ordu ilə olsa da, NATO-nun sadəcə etibarlı müttəfiqi kimi sıx statusdadır. O, aparıcı bölgə dövləti olmaq, heç kimə boylanmadan özü qərar qəbul etmək istəyir.

Əslini desək, o, son zamanlar məhz bunu da edir – Yaxın Şərqdə, Rusiya, İsrail və AB ölkələri ilə münasibətlərdə. Türkiyə müstəqilliyinin növbəti əyani bəlirtisi Ankaranın ABŞ-ın digər ərəb müttəfiqlərinin təcrid etdiyi Qətərə verdiyi dəstək olub. Türkiyə deyib ki, nəinki “qətərli qardaşlar”ını tək buraxacaq, həm də orada öz hərbi bazasını yaradacaq. NATO-da yeni Türkiyənin məntiqini qismən anlayırlar. Ərdoğan fitnəkardır, lakin hər halda NATO fitnəkarıdır, buna görə də alyans (İncirlik bazası hadisəsindəki kimi) onun ayrı-ayrı ədalarına, sadəcə, göz yumur. Türkiyə narahat Yaxın Şərq bölgəsində mühüm strateji mövqe tutur, Qara və Aralıq dənizlərinə çıxışı var. NATO Hərbi Komitəsinin sədri, general Pyotr Pavel bu yaxınlarda “Politico”-ya müsahibədə deyib: “Türkiyə ilə etibarlı münasibətlərin qurulması NATO prioritetlərindən biridir”.

Alyansın keçmiş baş katibi Anders Foq Rasmussen “Financial Times”-a başqa bir müsahibədə bildirib ki, NATO Türkiyə ilə əlaqələri kəssə, o, Şərqə yön götürəcək və bu, Şimal Atlantika alyansının maraqlarında olmayacaq.

NATO-dan çıxmaq Türkiyənin özünün də strateji maraqlarında deyil – Ankaranın alyansda iştiraka, sadəcə, alternativi yoxdur, ölkə iqtisadiyyatı isə  Qərbə möhkəm bağlıdır. Rusiya və Türkiyədə populyar Avrasiya qardaşlığı nəzəriyyəsi həvəskarları nə qədər istəməsələr də, Ankara alyansı tərk etməyə hazırlaşmır. Türkiyə əvvəlki kimi NATO-ya üzvlüyünü əziz turur, NATO da Türkiyəni əziz tutur. Ammma konkret məsələlər üzrə sazişə gəlmək getdikcə çətin, bəzən isə tam mümkünsüz olacaq.
(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

“iPhone 16”-nın istehsala başlama tarixi açıqlandı

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır

Maqnit qasırğaları zamanı edilən səhvlər sadalandı

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Ən çox oxunanalar