Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkotik çəkib körpəsini həyətə tullayan ata ilə bağlı qərar

O, dindirilən zaman özünü təqsirli bilməyərək göstərib ki, ibtidai istintaq zamanı ifadə verərkən narkotik vasitənin təsiri altında olub...

Bakı Apellyasiya Məhkəməsində 1 yaşlı oğluna ağır xəsarət yetirməkdə təqsirləndirilən Samir Ağakərimovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Ağakərimov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında Yasamal rayonunda baş verib.

Yasamal Rayon Polis İdarəsinə 29-cu Polis Şöbəsinə aprelin 26-da saat 16 radələrində 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Samir Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Samir Ağakərimov Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

O, dindirilən zaman özünü təqsirli bilməyərək göstərib ki, ibtidai istintaq zamanı ifadə verərkən narkotik vasitənin təsiri altında olub.

Samir Ağakərimov deyib ki, iş üzrə qanuni nümayəndə ilə 2013-cü ildə evlənib, birgə nikahdan üç uşaqları doğulub. Əvvəllər kompüter sahəsində işləyib, lakin son vaxtlar işsiz olub. Son 3-4 il ərzində heroin, metodon, “spays” və metamfetamin adlandırılan narkotik vasitə və psixotrop maddələrdən istifadə edib. Arvadı Sənəm (şərti) ilə münasibətləri normal olub.

Samir Ağakərimov söyləyib ki, hadisədən əvvəl onlar evlərini təmir etmək istəyiblər:

“Əvvəlcədən razılaşdığımız kimi hadisə baş verən gün arvadımla evdəki əşyaları boşaltdıq. Sənəmlə aramızda mübahisə yarandı. Lakin bir yaşlı övladımı yerə, asfaltın üstünə çırpmamışam. Özüm uşaq evində böyüdüyüm üçün bu cür hərəkəti övladıma qarşı etməmişəm. İstintaq zamanı adımdan yazılan ifadəni təsdiq etmirəm. Həmişə arvadıma inanmışam. Daha sonra polis əməkdaşları yaşadığımız evə gəlib məni çağırdılar. Həmin vaxt çılpaq vəziyyətdə idim.

Sonradan polislər məni Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə apardılar. Orada olarkən həyat yoldaşımın, eləcə də 3 övladımın paltarlarını soyundurtduğumu, sonra da özümün soyunaraq, evdəki bütün əşyaları yaşadığımız fərdi evin həyətinə və bəzisini də küçəyə atdığımı, daha sonra azyaşlı övladı Vahidin (şərti) əl və qollarından yapışaraq asfalt örtüyünə iki dəfə çırpdığımı, körpənin mənim övladım olmadığını və bu səbəbdən ölməli olduğunu dediyimi öyrədim. Həmin hadisə zamanı psixotrop maddənin təsiri altında olduğumdan baş verənləri xatırlamasam da, hadisədən əvvəl və sonra baş verənləri xatırlayıram. Sadəcə oğlum Vahidi götürərək həyətdə olan döşəyin üstünə atmışam”.

Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində bildirib ki, küçədə üzdən tanıdığı, adını bilmədiyi şəxsə 5 manat pul verib ondan özü üçün “patı” alıb. Evə qayıdarkən 500-600 metr aralıda küçədə aldığı “patı”nı tək qəbul edib və bir qədər sonra evə qayıdıb. Həmin vaxt arvadı Sənəm və uşaqlar da evdə olub. Evə daxil olub stolda oturub, sonra Sənəmlə mübahisə edib. Samir arvadına Vahidin onun uşağı olmadığını deyərək ölməli olduğunu bildirib. Sonradan nə baş verdiyini xatırlamayıb, daha sonra polis əməkdaşları yaşadığı evə gəlib onu çağırıblar. Həmin vaxt özünün çılpaq vəziyyətdə olduğunu görüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar