Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək...

“Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyində bu ölkədə yaşayan mədəniyyət, incəsənət adamlarımızla görüşdə bildirilib.

Səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov deyib ki, Qars vilayətindən başlayaraq Türkiyənin bütün regionlarında rəngarənk mədəniyyət proqramları təşkil ediləcək.

S.Abbasovun sözlərinə görə, Mədəniyyət Mərkəzi Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq Türkiyədə ölkəmizin mədəniyyətini, elmini, tarixini, dilini, ədəbiyyatını, incəsənətini, musiqisini, dəyərlərini təbliğ etmək funksiyasını üzərinə götürüb: “Azərbaycanın zəngin mədəniyyəti, çox böyük musiqi, opera sənətimiz, rəssamlıq məktəbimiz var. Dünyaya çox sayda dahilər bəxş edən Azərbaycanı qürurla təbliğ etməliyik. Görüləcək işlərimiz çoxdur. Muzeylərimizin, kitabxanalarımızın, qarşılıqlı olaraq tanıdılması üçün fəaliyyət göslərəcəyik. Azərbaycanın regionlarından qədim xalçalarımızı gətirərək Türkiyənin müxtəlif bölgələrində nümayiş etdirəcəyik. Azərbaycanın moda sənətini tanıtmaq üçün dəfilələrin təşkili də nəzərdə tutulub. Türkiyədəki kitabxanaların Azərbaycan bölmələrini zənginləşdirəcəyik. Muzeylərlə aktiv işlər görəcəyik və eksponatlar gətirəcəyik. Zəngin ənənələrə malik Azərbaycan klassik musiqisini Türkiyədə tanıdacağıq”.

İki ölkə arasındakı ədəbi əlaqələr üçün konfransların təşkil ediləcəyini deyən S.Abbasov rəsm sərgilərinin, Azərbaycan filmlərinin nümayişi üçün də fəaliyyətlər nəzərdə tutulduğunu vurğulayıb: “Azərbaycanla bağlı tədqiqatları dəstəkləyəcəyik, daha çox türk elm adamlarının buna cəlb olunmasına şərait yaradacağıq. Türkiyə ilə Azərbaycan tarixinin fərqli dönəmlərini, xüsusilə də Qərbi Azərbaycan, Qarabağ mövzusunda layihələr gerçəkləşdirəcəyik. Türkiyə mətbuatında tanıtımımızı gücləndirəcəyik. Önəmli məsələlərdən biri də sosial şəbəkələrdə aktivliyimizi artırmaqdır. Yerli telekanallarda Azərbaycanın mədəniyyət adamlarını, sənətçilərimizi qonaq qismində iştirakı üçün təşəbbüslər var”.

Mərkəz bunlarla yanaşı müxtəlif konsert proqramları, əyləncəli, çal-çağırlı, rəngarənk proqramların təşkili, Azərbaycan mətbəxinin nümayişi üçün də təklifləri dəyərləndirərək, öz dəstəyini göstərəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Ən çox oxunanalar