Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibə veteranlarının düşərgəsi təşkil olunub – Fotolar

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təşkilatı dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyinin həyata keçirdiyi  “Əlil arabası istifadəçisi olan gənc müharibə veteranlarının “1-ci Şəbəkələşmə Düşərgəsi” yekunlaşıb. 

Millitribuna.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində yaradılan düşərgədə Şəki, Qax, Bərdə, Qazax, İmişli rayonlarından, BakıLənkəran şəhərlərindən əlil arabası istifadəçiləri və digər kateqoriyalardan olan gənc müharibə veteranları və onların qəyyumları iştirak ediblər. Düşərgə əlil arabası istifadəçiləri olan müharibə veteranlarının bir-biri və digər kateqoriyadan olan müharibə veteranları ilə şəbəkələşməsinə fürsət yaradıb. İştirakçılar könüllü olaraq gün ərzində onlar üçün hazırlanmış təlimlərə qatılıblar. Qeyri-formal təhsil yanaşmalarına əsaslanan təlimləri Avropa Şurası Gənclər Departamentinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə icra etdiyi “Azərbaycanda gənclərlə işləyən Təlimçilər üçün uzunmüddətli Təlim (TRAYAZE)”də təmsil olunan təlimçilər-Mir Hüseyn Həbibli, Mələk Sultanlı, Fərhad Abdulov, Şahin Qarakişiyev və İlqar Hümbətov, həmçinin Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin karyera məsləhətçisi Lalə Ocaqquliyeva keçiblər. Təlimlər çərçivəsində ŞəkiZaqatala Regional Kiçik və Orta Biznesin İnkişaf Mərkəzinin direktoru Mübariz Quliyevlə düşərgə iştirakçılarının görüşü təşkil edilib. Çay süfrəsi ətrafında keçirilən görüşdə müharibə veteranları Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin sahibkarlığın inkişafı üçün mövcud olan imkanları haqqında məlumatlandırılıb, iştirakçılara maraqlı olan suallar cavablandırılıb.    

Təlimlərdə məqsəd müharibə veteranlarının 21-ci əsrin bacarıqları, habelə ölkədə gənclər üçün mövcud olan fürsətlər haqqında məlumatlılığını artırmaq, onları qeyri-formal təhsilyolu ilə bilik və bacarıqlarını artırmağa təşviq etmək, asudə vaxtlarını səmərəli keçirməyə yardımçı olmaq olub. 

Məlumat üçün qeyd edək ki, layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” ilə bağlı elan etdiyi xüsusi qrant müsabiqəsinin “Müharibə iştirakçılarının asudə vaxtlarının təşkili təşəbbüsləri” istiqaməti üzrə qalibdir. Layihənin məqsədi əlil arabasının istifadəçiləri olan gənc müharibə veteranlarının asudə vaxtlarının səmərəli təşkilinin inkişaf etdirilməsindən ibarətdir.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar