Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibə 2023-cü ilin sonuna kimi Almaniyada ÜDM-ni 4% azalda bilər

Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində Almaniya 2023-cü ilin sonuna qədər ÜDM-in ən azı 4%-ni itirə bilər...

Poliqon.info bildirir ki, bu barədə Reuters Agentliyi Almaniya Ticarət və Sənaye Palatasının rəhbəri Piter Adrianın hesablamalarına istinadən xəbər verir.

“Bu il ərzində Ukrayna münaqişəsi Almaniyaya 160 milyard avroya başa gələcək. Deyə bilərik ki, bu rəqəm ölkənin ÜDM-nin 4%-ni təşkil edir”, deyə Adrian bildirib.

Onun sözlərinə görə, Almaniyanın hər bir sakini üçün ÜDM-in azalması ən azı 2 min avro təşkil edə bilər.Bütün bunlar Almaniyanın sənaye ölkəsi olması, yəni iqtisadiyyatın əsas hissəsinin sənaye ilə bağlı olması ilə bağlıdır. Enerji qiymətlərinin kəskin artması ilə sənaye problem yaşayıb və bu 2023-cü ildə Almaniya iqtisadiyyatında əks olunacaq.

Nəşr qeyd edib ki, Almaniyanın 2023 və 2024-cü illər üçün ÜDM üzrə proqnozları nikbin deyil və hətta bir çox başqa ölkələrlə müqayisədə də aşağıdır.

Fevralın 21-də “Rheinische Post” Almaniya İqtisadiyyat İnstitutunun (IW) hesabatından çıxarışlara istinadən yazıb ki, Ukraynadakı müharibə 2022-ci ildə dünyaya 1,6 trilyon dollara başa gəlib. Hesabatın müəllifi Maykl Qremlingenin sözlərinə görə, 2022-ci ildə iqtisadi göstəricilər 1600 milyard dollar aşağı olub.

Bundan əvvəl Almaniya İqtisadi Araşdırmalar İnstitutunun (DIW) prezidenti Marsel Fratzşer Rusiyanın Ukraynadakı hərbi əməliyyatı və bununla əlaqədar Avropada elektrik enerjisi xərclərinin artması səbəbindən Almaniyanın ötən il 100 milyard avro itirdiyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Oğuz-Qəbələ-Bakı su kəmərinin doldurulması başa çatdırılıb

Ən çox oxunanalar