Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəmmalı qətlin məhkəməsi: “Nərminin əmisi hadisədən əvvəl meyitin qapıya atıla biləcəyini dedi”

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev vəsatət qaldıraraq iş üzrə istintaq zamanı ifadə vermiş bir neçə şahidin məhkəmədə dindirilməsini istəyib.

Müdafiəçi həmin şəxslərin kimliyini və nəyə görə məhkəmədə dindirilməli olduğunu da əsaslandırıb. Vəkilin sözlərinə görə, istintaq zamanı İlkin Süleymanovla birlikdə təcridxanada olmuş şəxslərdən 4 nəfərin ifadəsi alınıb. Həmin şəxslərdən ikisi deyib ki, İlkin gecələr sayıqlayaraq Nərmini öldürdüyünü deyib. Eyni yerdə saxlanılan digər iki şahid isə İlkinin elə bir şey sayıqlamadığını bildiriblər. Lakin təqsirləndirilən şəxsin əleyhinə ifadə verən iki nəfər şahid kimi tanınsa da, istintaq orqanı digər iki nəfəri şahid kimi tanımayıb.

Hakim həmin şahidlərin məhkəmədə ifadə vermələrinin təmin olunacağını bildirib.

Vəkil daha sonra kənd sakinləri Rüfət Əliyev və Zahidə Əliyevanın məhkəmədə dindirilməsini xahiş edib. Müdafiəçi bildirib ki, sözügedən kənd sakinləri istintaq zamanı deyiblər ki, Nərminin əmisi Arif Əliyev hadisə baş verməzdən iki gün əvvəl meyitin onların həyətinə atıla biləcəyi ehtimalı olduğunu deyib: "Sözügedən şəxslər Nərminin yanmış meyiti aşkar edilməzdən iki gün əvvəl Ariflə danışıblar. Arif deyib ki, ehtiyatlı olun, Nərminin meyiti sizin qapınıza atıla bilər. Arif nə bilirdi ki, Nərminin meyiti kiminsə qapısına atılacaq?"

Müdafiə tərəfi İlkin Süleymanovun əmisi Hüseyn Süleymanovun, bacısı İlhamə Süleymanovanın övladlarının və şagirdlərinin məhkəmədə ifadə vermələrini istəyib.

Müdafiəçi deyib ki, Nərminin atası Şərif Quliyev qızının yanmış cəsədi aşkar edilən yerdə bir gün sonra qazıntı aparıb. Torpaq qazmaq üçün beli isə Hüseyndən alıb: "Hesab edirik ki, Hüseynin də məhkəmədə ifadə verməsi lazımdır. O, Nərminin atası Şəriflə birgə meyit aşkar edilən yeri qazaraq izi itirməyə çalışıb. İlkinin bacısı uşaqlarına gəlincə, onlar dəfələrlə Nərmin saxlanılan otaqda olublar. Bundan başqa, İlkinin bacısı İlhamənin həmin vaxt atasına baxdığını sübut etmək üçün onun dərs dediyi şagirdlər də şahid kimi dindirilməlidir".

Məhkəmə adları çəkilən kənd sakinlərinin, İlkin Süleymanovun əmisinin, İlkinlə birgə təcridxanada qalmış şəxslərin və digər şəxslərin məhkəmədə dindirilməsi barədə vəsatətlərin əksəriyyətini təmin edib.

Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Ən çox oxunanalar