Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada Ukrayna dronu çox mərtəbəli binanın mənzilinə girib...

Ötən gecə Moskvada dronlar yaşayış binalarına girib. Moskva vilayətində isə bir neçə pilotsuz təyyarə vurulub...

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, mayın 30-da Moskvada yaşayış binalarına dronlarla hücum edilib. Bir dron Profsoyuznaya küçəsində, ikincisi isə Yeni Moskvada Atlasova küçəsindəki evə çırpılıb. Profsoyuznaya küçəsindəki 98 saylı evdə dron evin yuxarı mərtəbələrində mənzillərin birinə girib. Binanın fasadı və şüşələri dağıdılıb, üç girişin sakinləri təxliyə edilib. “RİA Novosti” Agentliyi xəbər verir ki, Atlasova küçəsində dronun vurulması nəticəsində evin fasadı və yuxarı mərtəbələrin şüşələri dağılıb.

Təcili yardım xidmətləri də Leninski prospektindəki evlərdən birinə gəlib, ehtimal ki, o da dron tərəfindən vurulub. “112” telegram kanalı xəbər verir ki, pilotsuz təyyarənin Leninski prospektində qəzaya uğraması nəticəsində ölənlər var, onların sayı açıqlanmır.

Moskva Nəqliyyat Departamenti bildirib ki, Udaltsova küçəsi ilə Leninski prospektindən Mixail Pevtsov küçəsinə qədər avtomobillərin hərəkəti bağlanıb.

Moskva meri Sergey Sobyanin bildirib ki, pilotsuz təyyarənin hücumu nəticəsində şəhərdə bir neçə binaya cüzi ziyan dəyib, ciddi xəsarət alan olmayıb.

“Şəhərin bütün təcili yardım xidmətləri hadisə yerindədir. Onlar baş verənlərin hansı şəraitdə baş verdiyini araşdırırlar”, deyə Sobyanin yazıb.

“Yalnız rəsmi mənbələrə etibar etməyinizi və yoxlanılmamış məlumatları yaymamağınızı xahiş edirəm”, deyə Moskva meri əlavə edib. Sobyanin daha sonra iki nəfərin tibbi yardım istəməsinə aydınlıq gətirib. Onun sözlərinə görə, heç kimin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb, yerindəcə lazımi köməklik göstərilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Ən çox oxunanalar