Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Miqrasiya orqanlarına qulluğa qəbul imtаhаnı keçirilib - Yenilənib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən bildirilib ki, imtahanda 357 nəfərin iştirakı nəzərdə tutulurdu.

İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.

İmtаhаndа nаmizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunub. Onlardan 50 sual qanunvericilik, 10 sual Azərbaycanın tarixi, 10 sual Azərbaycan dili, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır. Hər suаlın düzgün cavabı 1 (bir) bаllа qiymətləndirilir.

İmtahan Bakı şəhərində, 2 binada keçirilib. İmtahanın idarə olunmasına 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 33 nəzarətçi–müəllim, 4 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur.

***

Bu gün Dövlət İmtahan Mərkəzi Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Mərkəzdən bildirilib ki, imtahanda iştirak etmək üçün 357 nəfərin namizədliyi qeydə alınıb.

İmtahan saat 10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.

İmtаhаndа nаmizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual qanunvericilik, 10 sual Azərbaycanın tarixi, 10 sual Azərbaycan dili, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır.

İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаlın düzgün cavabı 1 (bir) bаllа qiymətləndirilir.

İmtahan Bakı şəhərində, 2 binada keçiriləcək. İmtahanın idarə olunmasına 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 33 nəzarətçi–müəllim, 4 buraxılış rejimi əməkdaşı ayrılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq

Bu bürclər yaxın günlərdə peyğəmbərlik yuxusu görə bilər

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Ən çox oxunanalar