Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Qəhraman Samid İmanov anılıb - Foto

Azərbaycan Ordusunun düşmənin təxribatlarına cavab olaraq tarixi qələbə qazanmasından üç il keçir...

Zəfər savaşından əvvəl 2016-cı ilin aprel ayının əvvəllərində sarsıdıcı zərbə ilə Ermənistan ordusunun çoxlu canlı qüvvəsini və hərbi texnikasını itkiyə məruz qoyan qəhrəman əsgərlərimiz bir neçə düşmən postunu məhv edərək strateji yüksəklikləri azad etdilər. Aprel döyüşlərində torpaqlarımızın qorunmasında mərdliklə döyüşərək şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun ildönümü ilə əlaqədar Neftçalada anım tədbiri keçirilib. Anım tədbiri Milli Qəhrəmanın doğulub böyüdüyü Həsənəbad qəsəbəsində, millət vəkili Sabir Rüstəmxanlının təşəbbüsü ilə salınan şəhidlər parkında keçirilib.

Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin və qazilərin iştirak etdiyi tədbirdə Vətəndaş Həmrəyliyi Partiyası Neftçala rayon təşkilatının sədri, millət vəkili Sabr Rüstəmxanlının köməkçisi Fərman Hüseynov da çıxış edib. Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışan Fərman bəy bildirib ki, Samid İmanov 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində erməni işğalçılarının törətdikləri təxribatın qarşısını alarkən əsil qəhrəmanlıq göstərətək şəhid olub.

Mərasimdə qeyd olunub ki, Samid Gülağa oğlu İmanov 1981-ci ildə Neftçalanın Həsənabad qəsəbəsində doğulub. Rayondakı 1 saylı tam orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbdə təhsil alıb. Oranı fərqlənmə diplomu ilə bitirən Samit Türkiyədə və digər xarici ölkələrdə hərbi kurslarda olub. 2004-cü ildən xüsusi təyinatlı dəstədə bir neçə hərbi tapşırığı uğurla yerinə yetirdikdən sonra xidmətləri nəzərə alınaraq “N” hərbi hissənin komandir müavini vəzifəsinə təyin edilib.Bildirilib ki, Samid İmanov 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində erməni işğalçılarının törətdikləri təxribatın qarşısını alarkən əsl qəhrəmanlıq göstərib və döyüşlər zamanı aldığı ağır güllə yarasından şəhid olub. O, doğulub boya-başa çatdığı Neftçaladakı qəbiristanlıqda torpağa tapşırılıb. Mayor Samid İmanova döyüşlərdə göstərdiyi igidliyə görə dövlət başçısının Sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.Qəhrəmanın adı rayon mərkəzi küçələrdən birinə verilib.Aprel şəhidi Samid İmanovun Neftçalada anım mərasimi keçirilib. Samid İmanovun ön cəbhədə göstərdiyi qəhrəmanlığın gələcək nəsillər üçün örnək olacağı xüsusi vurğulanıb.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istəyib

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Qəbiristanlıqda qətlə yetirilən Bəhmən "Qisas" əməliyyatında iştirak edibmiş

Pavel Durovun nələrdə ittiham olunduğu məlum olub

Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay