Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Messinin müqaviləsi ilə bağlı növbəti qalmaqal

İspaniya "Barselona"sının kapitanı Lionel Messinin müqaviləsindəki şübhəli detallarda əli olan şəxslərin adları açıqlanıb.

"Report" "Barcelona News" nəşrinə istinadən xəbər verir ki, bu işdə klubun sabiq prezidenti Xosep Mariya Bartomeu və vitse-prezidenti Jordi Mestre ilə yanaşı, hazırda Kataloniya təmsilçisində işini davam etdirən baş direktor Oskar Qrau, prezident vəzifəsini yerinə yetirən Karles Tuskets və hüquq departamentinin rəhbəri Roman Qomes Ponti ittiham olunur.

İddiaya görə, argentinalı hücumçunun 2017-ci ildə imzaladığı 4 illik müqavilə qarşılığında ona 555 milyon avro məvacib ödənilib ki, bu da klubun büdcəsində ciddi kəsir yaranmasına səbəb olub.

"Mundo Deportivo" nəşri hazırda "Barselona"nın ümumi borcunun 1 milyard avronu keçdiyini və bu məbləğin 730 milyon avrosunun qısa müddətdə ödənilməli olduğunu yazıb.

İspaniya mətbuatı iddia edir ki, müqavilə detallarının yayılmasının hiddətlənən Messi "Barselona"nı məhkəməyə verməyi və cari mövsümün sonunda komandadan ayrılmağı düşünür. Həmçinin klub "Mundo Deportivo" nəşri ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, 2005-ci ildən "Barselona"da çıxış edən Messinin klubla müqaviləsi bu il iyunun 30-da başa çatacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır - Yenilənib

NATO-nun Baş katibi Rusiya ilə dialoqun bərpasını zəruri adlandırıb

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

Rusiya hərbçiləri Zaporojyedə müəssisəni atəşə tutub, 3 mülki şəxs ölüb

Ən çox oxunanalar