Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhurlar Anar Nağılbazın ölümündən yazdı

Xəbər verdiyimiz kimi məşhur repçi Anar Nağlılbaz bir neçə saat öncə vəfat edib

Azərbaycan repinin banisi sayılan A.Nağılbazın ölümü yaxınlarını, onu sevənlərini, həmçinin sənət dostlarını dərindən sarsıdıb. Sənətçilərin əksəriyyəti bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edib, repçiyə Allahdan rəhmət diləyiblər.

Müğənni Elçin Cəfərov vaxtilə repçini qınayanları tənqid atəşinə tutub:

"Bu insanın haqqına girənlər, kimsə gülsün, kiməsə xoş gəlsin deyə lağa qoyanlar, reytinq xətrinə gözdən salanlar, indi necə halallıq alacaqsınız? Bunu heç düşündünüzmü? İndi ölən andan hamının yazığı gəlməyə başladı. Başqasının həyatına sərf edəcəyimizə, özümüzdə o qədər qüsur var ki, onları düzəldək məncə... Allah rəhmət eləsin!"

Müğənni Rüfət Axundov: "Allah sənə rəhmət eləsin. Rep janrını Azərbaycana sevdirən sən olmusan və açdığın cığır üzrə bir çox repçilər inkişaf etdi. Pis xislətli insanlardan Allah hər kəsi uzaq etsin. Ölüm varsa bu dünyada yaxşılıq nə üçün etməyək ki, yaxşı yadda qalaq".

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Rəqassə Oksana Rəsulova repçinin ölümündən sarsıldığını bildirib:

"İndi aldığım xəbər çox üzücü oldu. Anar Nağılbaz vəfat etdi... İnsanın ruhunu öldürəndə, cismi yaşaya bilməz. Son zamanlar bir çoxlarından zərbələr alan insanın sonu da bu oldu. Depressiya, içki, xəstəlik, ölüm... Allah ailəsinə səbr versin".

Prodüsser Tarix Əliyev (Tolik) isə qeyd edib:

"Əslində heç münasibətim yox idi, yalnız "Maşın Şou"da görmüşdüm. İndi Ceyhun Qala yazdı ki, rəhmətə gedib. Allah rəhmət eləsin. Amma kaş övladlarına sahib çıxardı. Təzə arvad almaq ona düşmədi".

Sənətçi Sərxan Sərxanov repçi ilə birgə videosunu paylaşaraq bildirib:

"Anarı heç belə görmədiz... Anar bu ölkə üçün yararlı, ziyalı ailənin üzvü, eyni zamanda Azərbaycan repinin banisi kimi yaddaşlarda qalacaq".

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Müğənni Nazənin isə "Bəzi jurnalistlər rahatlanın, bunun da axırına çıxdınız... Allah sənə rəhmət etsin, nur içində yatasan" deyə status yazıb.

Müğənni Sevda Sanalıyeva da qınayıcı status paylaşıb:

"Camaatın axırına dediklərinizlə, təhqirlərinizlə, "sındırmaqla" çıxdınız. İndi də "Allah rəhmət eləsin" yazın, sabah "niyə öldü?" yazın, biri gün də "Necə öldü?" yazın. Bununla da olan ölənə oldu. Siz də xına yaxın".

Aktyor Elcan Rəsulov isə qeyd edib:

"İncəsənətin hansı növü ilə məşğul olmasından asılı olmayaraq, tanıdığım hər bir sənət adamının dünyadan köçməsi məni təəssüfləndirir. Allah rəhmət eləsin, günahlarını bağışlasın". (musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Ən çox oxunanalar