Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meşə yanğınında ölənlərin cəsədlərinin axtarışı başlayacaq

Kaliforniyanın şimal rayonlarında meşə yanğınları nəticəsində həlak olan insanların cəsədlərinin axtarışları gələn həftə başlayacaq və ehtimallara görə təxminən bir neçə ay davam edəcək

TASS xəbər verir ki, bunu ştatın fövqəladə hallar idarəsinin nümayəndəsi Erik Lemaureks bildirib. Onun sözlərinə görə, yanğından sonra hələ soyumayan külün buxarı insan həyatına təhlükə törətdiyi üçün axtarışlara bundan tez başlamaq mümkün deyil.

Ştatın bəzi rayonlarında başlayan yağışlar yanğının dəhşətli nəticələrinin aradan qaldırılması ilə bağlı vəziyyəti daha da ağırlaşdırır. Sinoptiklər yaxın vaxtlarda yağışların daha da güclənəcəyini bildirirlər. Xilasedicilər və onlara yardım edən könüllülər deyirlər ki, yağış nəticəsində yaranan su axınları cəsədlərin qalıqlarını apara və ya külə elə qarışdıra bilər ki, onları tapmaq çox çətinləşər.

Son məlumata əsasən, Kaliforniyada tüğyan edən “Kemp” meşə yanğınları nəticəsində həlak olanların sayı 86 nəfərə çatıb, 563 nəfər isə itkin düşüb. Həmçinin təbii fəlakət 18 min tikilini, o cümlədən 13,5 min evi məhv edib.

Qeyd edək ki, noyabrın 8-də Kaliforniyanın şimalında başlayan “Kemp” ştatın tarixinə ən dağıdıcı yanğın kimi düşüb. Buna qədər Kaliforniya tarixində ən dağıdıcı təbiət yanğını ştatın şimalında, sahilə yaxın rayonlarda baş vermiş “Tubbs” sayılırdı. 2017-ci ilin oktyabr ayında 15 min hektar əraziyə yayılan bu yanğın 5,5 min tikilini məhv etmişdi.(virtualaz.org)

pia.az


Etiket: Kaliforniya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Makron Ermənistana gedəcək... - Bu Putinin Bakı səfərinə cavabıdır?

İcra başçısının xanım müavini işdən çıxarıldı

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Rafiq Quliyev Eldar Əzizovun xəbərdarlığından nəticə çıxarmır - Xətaidə COP29 adı altında səkilər zəbt edilir - Fotolar

Ən çox oxunanalar