Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mənzillərimizi şəhid ailələrinə verməyə hazırıq” — Cahangir Məmmədli

Bu gün bir qrup media və QHT nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. Ölkə başçısına müraciət edən şəxslər Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunan üçüncü binadakı mənzillərin torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə və qazilərə verilməsini xahiş ediblər. Müraciətə qoşulanlar sırasında Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli də yer alıb.

PİA.az xəbər verir ki, o, Modern.az-a açıqlamasında bildirib ki, Prezidentə müraciət ünvanlayan media nümayəndələri şəhidlərimiz qarşısında öz borcunu yerinə yetirir:

“Öncə deyim ki, əlbəttə, jurnalistlərimizin böyük hissəsinin mənzilə ehtiyacı var. Amma şəhid sözü müqəddəs anlayışdır. Şəhid sözü olan yerdə hər bir şeydən keçmək lazımdır. Bu istiqamətdə təkliflərdən biri də jurnalistlər üçün nəzərdə tutulan mənzillərin şəhid və qazi ailələrinə verilməsidir. Mən də bu təkliflər çıxış edirəm. Təbii ki, şəhid ailələri kimi jurnalistlərin də yeni mənzillərə ehtiyacı var. Əminəm ki, bu məsələni Prezidentimiz yüksək səviyyədə həll edəcək. Biz şəhid və şəhid ailələrinin qarşısında borcumuzu yerinə yetiririk. Onların qarşısında başımızı əyib deyirik ki, jurnalistlər üçün inşa edilən evləri sizlərə veririk”.

C.Məmmədli hesab edir ki, heç bir jurnalist bu təklifə narazılıq etməz:

Prezidentimiz bu ilin sonu, gələn ilin ortalarına qədər 3000-ə yaxın şəhid ailəsinə mənzil verilməli olduğunu deyib. Düşünürəm ki, bu məsələdə şəhid ailələrini müqəddəs kimi qəbul edən jurnalistlər mənzillərin onlara verilməsinə ürəkdən razı olacaqlar.

Harada şəhid sözü varsa, ora müqəddəsdir. Şəhid ailəsi mövzusu Azərbaycan mediasında illərlə, əsirlərlə davam edəcək. Onlara öz məhəbbətimizi hər yazımızda göstərdiyimiz kimi, mənzillərimizi də təqdim etməyə hazırıq. Məncə, heç bir jurnalist bu məsələyə narazılıq etməz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay