Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəbli geyimləri ilə bağlı hansı dəyişiklik edilib – Qiymətlər qalxıb, yoxsa...?

Qarşıdan yeni tədris ili gəlir. Hər il olduğu kimi bu il də şagirdlər məktəbli formasını "Bakı Tikiş Evi" (BTE) ASC-nin mağazalarından əldə edə biləcəklər

BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov deyib ki, məktəbli formalarının qiymətləri aşağı və yuxarı sinif şagirdləri üçün fərlidir. Belə ki, əvvəlki illərdən fərqli olaraq bu il, aşağı sinif şagirdlərinə jiletlər satılmayacaq: "Bizim fəaliyyətimiz tikişlə bağlıdır. Jiletlər isə bizə Bakı Əyirici -Toxuyucu ASC-dən verilirdi. Bu il onlar bizə kiçik ölçülü jiletlər verməyib. Böyük ölçülü jiletlər isə var".

"Elə valideynlər olurdu ki, övladına kostyum almaq istəmir. Keçən ildən qalan şalvarın və ya pencəyin hələ yaxşı vəziyyətdə olduğunu düşünür. Biz valideyni məcbur edə bilmərik ki, kostyum alsın. Buna görə də, hər bir geyimin ayrıca qiyməti var" - deyə E.Əzimov əlavə edib.

O qeyd edib ki, 6-cı sinfə qədər olan şagirdlər üçün kostyumun qiyməti 40 manat, tək şalvar isə 15 manatdır. Valideyn əgər pencəyi tək almaq istəsə, bu, ona 25 manata başa gələcək. 7-ci sinifdən yuxarı şagirdlər üçün isə kostyum 46, şalvar isə 18 manatdır. Tək pencək isə 28 manata başa gələcək.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Etibar Əzimovun sözlərinə görə, məktəbli formalarının qiymətlərində keçən illə müqayisədə heç bir dəyişiklik olmayıb. Qiymətlər aşağıdakı kimidir:

1-6-cı siniflər üçün:

kostyum (qız-oğlan) - 40 manat,

şalvar 26-42 ölçü -15 manat,

ətək (yubka) 26-44 ölçü - 15 manat,

köynək (oğlan-qız) - 8 manat.

Jilet yoxdur.

7-11-ci siniflər üçün:

Kostyum (qız-oğlan) - 46 manat,

Şalvar 44-54 ölçü - 18 manat,

Sarafan 32-54 ölçü - 18 manat,

Köynək (qız-oğlan) - 8 manat,

Jilet (qız-oğlan) - 8 manat.

E.Əzimov qeyd edib ki, artıq BTE-nin bütün mağazalarından məktəbli formnalarını əldə etmək mümkündür. Mağazalar fasiləsiz işləyir: "Yaxşı olardı ki, valideynlər sıxlıq yaranmasın deyə, indidən övladlarının geyimlərini əldə etsinlər. Konveyer üsulu ilə dörd modeldə məktəbli forması tikilir. Bunlar 6 sinfə kimi dama-dama ətəklər, tünd göy rəngli gödəkçə və şalvarlar, həmçinin yuxarı sinif şagirdləri üçün kostyumlar, pencəklər və sarafanlardır".

Onun sözlərinə görə, bütün valideynlər 597-45-39 nömrələrinə zəng edərək, yaşadıqları əraziyə yaxın olan BTE mağazalarının yerini öyrənə bilərlər: "Valideynlər çalışsın ki, formaları bizim mağazalardan alsınlar. Çünki biz məhsullarımıza bir il zəmanət veririk. Bizim parçaların və hazır məhsullarımızın xüsusi sertifikatı var. Kənar yerlərdə də bizim formalara bənzər məktəbli formaları satılır. Bizim rekvizitlərdən, birkalardan, düymələrdən və qolçaqlardan istifadə edilərək zirzəmilərdə formalar tikilir. Ancaq qeyd edək ki, onların keyfiyyəti bizim formaların keyfiyyəti ilə eyni deyil, onlar tez sıradan çıxır".

Xatırladaq ki, bu il yeni tədris ili sentyabrın 17-də başlayacaq.(Sputnik Azərbaycan)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar