Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məhərrəm ayında iki ay yas saxlamağın heç bir əsası yoxdur” - Elşad Miri

Məhərrəm ayı ilə bağlı həyata keçirilən tədbirlər sırasında bu ayın nəyə görə 60 gün qeyd edilməsi məsələsi ətrafında müzakirələr səngimir.

Dinşünas alim Elşad Miri hesab edir ki, əslində bunu məhərəmliyi iki ay keçirənlərdən və bunu tövsiyə edənlərdən soruşmaq lazımdır.

“Bu gün televiziya çıxıb populyarlıq qazananlar deyirlər ki, bu aylarda toy edənlərin uşaqları xoşbəxt olmayacaqlar. Doğulan uşaqlar şikəst olacaq. Yəni, bu sualı da, bu iddiaları irəli sürənlərdən soruşmaq lazımdır. Bu ciddi biabırçılıqdır və məsələni qaldırmaq lazımdır. Hələ bununla bağlı ilahiyyatçılarla debat təşkil edib məsələləri müzakirə etsələr görün nələr ortaya çıxar.

Ona görə də iki ay saxlamağın heç bir əsası yoxdur. Peyğəmbərimizin özünün sağlığında 6 övladı öldü. 3 qızı, 3 oğlu, 3 həyat yoldaşı vəfat elədi. Əmiləri vəfat elədi. Hətta ciyərləri çıxarılan, qulaqları qoparılaraq vəhşicəsinə öldürülən əmisi Həmzə üçün Peyğəmbərimiz özü yas keçirdimi? Bunlarla bağlı bir hüzün mərasim təşkil elədimi? Yaxud, Hüseynin anası Fatimə anamız 632-ci ildə vəfat etdiyi vaxt ona yas tutuldumu? Ondan sonra imam Hüseyn 10 illərlə yaşadı. Qətlə yetirilənə qədər nə vaxtsa belə bir hüzn məclisi qurdumu, yas saxladımı.

İkinci bir məsələ, həmin imam Hüseynin atası, imam Əli Məsciddə qətlə yetirilib. Onun özü 661-ci ildə vəfat edən atasına yas saxladımı? Ondan sonra öz qardaşı imam Həsən 669 cu ildə zəhərləndirilərək öldürülür, ona yas saxladımı, xeyir heç bir zaman. Yəni dini tariximizi araşdırıb buna görə hərəkət eləmək lazımdır.

E.Miri bütün bunlarla yanaşı hesab edir ki, kim ki, yas saxlayır, həmin günlər toy eləmir, onlara da hörmətlə yanaşmaq lazımıdr.

“Başımız-gözümüz üstə yerləri var. Sadəcə din adı altında insanları qınamamalıyıq. Yoxsa bir adam bir adamı sevə bilər. Heç kim buna qarışa bilməz ki, sən bunu niyə sevirsən və yaxud da niyə sevmirsən. Və niyə həmin gün yas saxlayırsan, niyə saxlamırsan. Niyə həmin gün toy edirsən, yaxud etmirsən deyə bilməz. Amma gəlin səmimi olaq. Biz bu gün 21-ci əsrin imam Hüseyni ola bilirikmi? İmam Hüseyn kimi haqsızlığa qarşı gələ bilirikmi? İmam Hüseyn kimi ibadətlərimizi edə bilirikmi?" Bunları soruşmaq lazımdır".(Hafta.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay