Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisinin məhkəməsi təxirə salınıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

PİA.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verməli olan şahidlər məhkəmə prosesinə gəlməyiblər.

İclasa qatıla bilməyən şahidlər məhkəməyə xəstə olmaları ilə bağlı məlumat göndəriblər. Buna görə də hakim təqsirləndirilən şəxsdən növbəti prosesdə şahidlərin çağırılıb dindirilməsini, yaxud istintaqdakı ifadələrinin məhkəmədə elan olunmasını istədiyini soruşub.

Z.Sultanov təqsirini etiraf etdiyini, şahidlərlə bağlı, məsələni məhkəmənin ixtiyarına buraxdığını deyib.

Proses oktyabrın 20-dək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Xatırladaq ki, keçirilən əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən R.Bayramov 8 il azadlıqdan məhrum edilib. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Fransada Makrona qarşı etiraz aksiyası keçirilir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Ən çox oxunanalar