Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maştağada gənclərin ölümlə bitən davası pula görə imiş...


Sabunçuda dünən baş verən qətl hadisəsinin təfərrüatları bəlli olub


APA xatırladır ki, hadisə Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində “Göl” deyilən ərazidə qeydə alınıb. Lənkəran şəhərində anadan olan 18 yaşlı Asim Bünyadov, dostu, 20 yaşlı Xızı rayon sakini Yarəli Dadaşovla birlikdə şəxsi münasibətlər zəminində tanışları Gədəbəy rayon sakini, 22 yaşlı Röyal Səfərovu qətlə yetiriblər. Tanışlar arasında münasibətlərin pozulmasına pul səbəb olub. Belə ki, Röyal bir müddət əvvəl Asimdən borc pul alıb. Asim pulunu tələb edən zaman tərəflər arasında mübahisə düşüb. Bundan sonra Asim Maştağa qəsəbəsində yaşayan Röyal Səfərovu aralarında yaranan mübahisəni həll etmək üçün yaşadığı “Savalan” yeni yaşayış massivinə dəvət edib. Asim Röyalla söhbətə dostu Yarəlini də çağırıb. Tərəflər göl qırağında görüşüblər. Asim orada yenidən pulunu tələb edib. Eşitdiyi cavab onu qane etmədiyindən üzərində olan bıçaqla Röyala çoxsaylı zərbələr endirib.

R. Səfərovun öldüyünü görən dostlar hadisə yerini tərk ediblər. Qətldən 20 saat sonra A. Bünyadovla Y. Dadaşov 14-cü polis bölməsinə gələrək könüllü təslim olublar. Onların ifadəsindən sonra hadisə yerinə gedən polis əməkdaşları R. Səfərovun meyitini orada aşkarlayıblar. Şübhəli şəxs qismində saxlanılan dostlar Sabunçu Rayon Prokurorluğuna təhvil veriliblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Ən çox oxunanalar