Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda ana və iki övladının öldüyü yanğının təfərrüatı

Masallının Hüseynhacılı kəndində evdə baş verən yanğının təfərrüatı məlum olub.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə kənd sakini 1951-ci il təvəllüdlü Alim İbad oğlu Kəlbiyevə məxsus ikimərtəbəli, ümumi sahəsi 300 kvadratmetr olan yaşayış evində qeydə alınıb. Hadisə zamanı 38 yaşlı Gülnaz Kəlbiyeva, 11 yaşlı oğlu Elbrus Kəlbizadə və 10 yaşlı oğlu Elviz Kəlbizadə yanaraq ölüb.

Yanğın zamanı daha iki nəfərin yanıq xəsarətləri aldığı bildirilir. Bunlar Nərminə Kərim qızı Kəlbiyeva (1959-cu il təvəllüdlü) və Rusiya vətəndaşı, ailəyə qonaq gəlmiş 1991-ci il təvəllüdlü İsmayıl Süleyman oğlu Abbasovdur. İ.Abbasov ikinci mərtəbədən aşağı tullandığından müxtəlif travmalar alıb

Hadisə ailə üzvləri yatan zaman baş verib. İlkin məlumata görə, kənddə işıqlar söndüyündən onlar şam yandırıblar. Ailə yatan zaman şam nəzarətsiz qalıb və ev alışıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır - Yenilənib

NATO-nun Baş katibi Rusiya ilə dialoqun bərpasını zəruri adlandırıb

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

Ən çox oxunanalar