Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Manat güclənir, amma çıxış yolu bu deyil...


Ekspertlər bildirirlər ki, hazırda atılan addımlar qısamüddətli effekt verəcək


Ölkənin valyuta ehtiyatları azalır. 

Ekspertlər bildirirlər ki, manatın məzənnəsini inzibati yolla saxlamaq çıxış yolu deyil. Həmçinin bildirilir ki, manatı müvəqqəti olaraq gücləndirmək onu xilas etməyəcək. 

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2016-cı ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının 17,9 faiz- 4,117 milyard dollara qədər azalmasını proqnozlaşdırır. Fondun proqnozlarına görə, 2016-cı ildə AMB-nin valyuta ehtiyatlarının azalması tendensiyası qalacaq. 2015-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 5,017 milyard dollar təşkil edib və ötən il ərzində 2,7 dəfə azalıb. Fondun qiymətləndirmələrinə əsasən, 2017-ci ildən AMB-nin valyuta ehtiyatlarının artımı başlayacaq. Bununla belə, fond orta müddətli perspektivdə bu artımın illik 0,5 milyard dollar təşkil edəcəyini gözləyir. 

Proqnozlara görə, 2018-ci ilədək AMB-nin ehtiyatları 4,617 milyarda, 2019-ci ilə qədər 5,117 milyarda, 2020-ci il qədər 5,617 milyarda, 2021-ci ilədək isə 6,117 milyard dollara çatacaq. 

1 sentyabr 2016-cı il tarixinə AMB-nin valyuta ehtiyatları 4 milyard 192,5 milyon təşkil edir və 8 ay ərzində 16,4 faiz azalıb.

Professor Elşad Məmmədov musavat.com-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın manatın məzənnəsinin yüksəldilməsi məsələsi ilə bağlı əsas problemi ondan ibarətdir ki, bu, uzunmüddətli perspektivdə qeyri-mümkün görünür: “Çünki Mərkəzi Bankın buna nə kifayət qədər ehtiyat rezervləri var, nə də ki, hazırkı şəraitdə, makrtoiqtisadi vəziyyətdə mümkündür. Hesab edirəm ki, hazırkı şəraitdə Mərkəzi Bank tərəfindən, Dövlət Neft Fondu tərəfindən keçirilən valyuta hərraclarında dollar təklifini bir qədər artıraraq manatın məzənnəsinin möhkəmlənməsi istiqamətində atdığı tədbirlər ancaq qısamüddətli effekt verə bilər. Sözsüz ki, milli valyutanın makroiqtisadi vəziyyəti ilə struktur təhlilə əsaslanaraq bildirmək lazımdır ki, milli valyutanın məzənnəsinin möhkəmlənməsi Azərbaycan iqtisadiyyatının hazırkı şəraiti üçün məqbuldur. Ancaq hesab edirəm ki, bunun uzunmüddətli perspektivi yoxdur. Çünki ölkəyə daxil olan valyuta ilə xaricə çıxan valyutanın dinamikası onu göstərir ki, nisbətdə ciddi dəyişiklik baş verməyəcək. Bu dinamikaya əsas təsiredici amil olan dünya bazarlarında neft qiymətlərinin yaxın illərdə kəskin artımı gözlənilmir. Belə olan halda, Mərkəzi Bank tərəfindən manatın məzənnəsinin möhkəmlənməsi üçün atıla bilən addımlar qısamüddətli effekt verəcək. Orta və uzunmüddətli perspektivdə bu, daha ciddi makroiqtisadi mənfi fəsadlara gətirib çıxara biləcək. Milli iqtisadiyyat iqtisadi artımla bağlı artıma, ciddi irəliləyişə nail ola bilməyəcək”.

Ekspertin sözlərinə görə, ölkədə son aylar ərzində işgüzar aktivliyin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur: “Bu məsələlər sözsüz ki, makroiqtisadi cəhətdən milli iqtisadiyyatın inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Ona görə də biz əgər iqtisadiyyatın diversifikasiyasından, yəni neft sektorundan asılılığın azalmasından danışmaq istəyiriksə, bu istiqamətdə addımlar atmaq istəyiriksə, Mərkəzi Bankın son həftələrdə məzənnənin süni şəkildə qorunmasına getməsi qoyulan başlıca makroiqtisadi vəzifələrə xidmət edə bilməz. Ona görə hesab edirəm ki, ilin sonuna kimi Mərkəzi Bankın bu istiqamətdə apardığı siyasət korrektə ediləcək. Artıq milli valyutanın məzənnəsinin daha çox inzibati deyil, iqtisadi üsullarla tənzimlənməsinə keçidin şahidi olacağıq. Əks halda, bu, daha ciddi makroiqtisadi fəsadlarla nəticələnə bilər. Bilirik ki, son aylarda Mərkəzi Bank kəskin sərt monetar siyasət aparıb. Pul kütləsinin azalmasına doğru həyata keçirilən tədbirlərdir. Son uçot dərəcəsinin kəskin şəkildə artırılması bu istiqamətdə atılan tədbirlərdir. Ancaq hesab edirəm ki, bu, ancaq qısamüddətli effekt verə bilər. Taktiki bir addımdır ki, dollara olan ajiotaj bir qədər azaldılsın. Ancaq digər tərəfdən, Mərkəzi Bankın bu addımlarını müəyyən dərəcədə onunla izah etmək olar ki, ölkənin makroiqtisadi vəziyyətinin təhlili onu göstərir ki, ölkə iqtisadiyyatının strukturunda müşahidə edilən disbalans xeyli şəkildə Mərkəzi Bankın, hökumətin iqtisadi blokunun hazırkı vəziyyətdə imkanlarında məhdudiyyət yaradır. Manevrlər üçün imkanlar məhduddur. Ölkə iqtisadiyyatının daxili bazardan, idxaldan asılılığı təəssüf ki, kritik həddədir. Hətta daxili istehsal hesabına, daxili bazarın məhsul və xidmətlər təklifinin təmin olunacağı sahələrdə belə yenə də xammal və digər amillərlə bağlı idxaldan asılılıq çox yüksəkdir. Ona görə də Mərkəzi Bankın məzənnə siyasətinin, milli valyutanın möhkəmlənməsinə doğru atdığı addımların bu mənada iqtisadi bir əsası var. Ancaq digər tərəfdən, strateji baxımdan daha uzun və orta müddətli perspektivdə bu addımların onsuz da dayanıqlı bir uzunmüddətli iqtisadi effekt verməsi gözlənilən deyil. Ona görə hesab edirəm ki, tədricən Mərkəzi Bank tərəfindən, milli valyutanın məzənnəsinin daha çox iqtisadi üsullarla, yəni bazarda yaranmış təklif və tələbin konyukturu əsasında milli valyutanın məzənnəsinin formalaşmasına keçid daha məqsədəuyğundur. Bu addımda mən hesab edirəm ki, Mərkəzi Bank yaxında tədbirlər həyata keçirəcək”. 

Manatın məzənnəsinin sərbəst buraxılması, yaxud ucuzlaşdırılmasına gəldikdə isə E.Məmmədov qeyd edib ki, hökumət bu istiqamətdə ciddi şəkildə düşünülmüş addım atmalıdır: “İlk növbədə qısa və ortamüddətli perspektivdə ölkə hökumətinin iqtisadi bloku tərəfindən görülə biləcək ən effektiv tədbirlər ölkədən kapital axınının qarşısının alınması ilə bağlı olan tədbirlər olmalıdır. Son illər hətta bu gün də tədiyyə balansına nəzər salsaq görə bilərik, kapital axını ilə bağlı ölkə iqtisadiyyatında vəziyyət ürəkaçan deyil. Ona görə də hesab edirəm ki, bu istiqamətdə hökumət hətta lazım gəlsə, inzibati belə tədbirlərə əl atmalıdır. Çünki kapital axınının qarşısı alınmasa, hətta cari əməliyyatlar hesabında müəyyən balansa nail olduqda belə, kapital axını hesabına maliyyə bazarındakı stabilliyi ölkə miqyasında təmin edə bilməyəcəyik. Ona görə də atılan tədbirlər bir tərəfdən manatın məzənnəsinin bazar prinsiplərinə uyğun formalaşmasına keçiddir. Digər tərəfdən isə paralel olaraq bir kompleks şəkildə bu tədbirləri həyata keçirməkdir. Paralel olaraq kapital axınının qarşısı ölkə iqtisadi bloku tərəfindən mütləq şəkildə alınmalıdır. Əgər kapital axınının qarşısı alınmasa, milli valyutanın məzənnəsində kəskin enməni müşahidə edə biləcəyik. Bu da sözsüz ki, iqtisadiyyat üçün məqbul variant deyil”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar