Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Malyariyaya qarşı dərman hazırlandı

Ən ölümcül xəstəliklərdən biri olan və hər 2 dəqiqədən bir uşaq ölümünə səbəb olan malyariya daha çox Afrikada müşahidə edilir...

ABŞ-da malyariyaya qarşı ən azı 6 ay qoruma təmin edən dərman hazırlanıb.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, Milli Səhiyyə İnstitutunun apardığı və "New England Journal of Medicine" jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, malyariyaya qarşı müvəqqəti qorunma təmin edən dərman hazırlanıb.

Qərbi Afrika ölkələrindən biri olan Malidə aparılan araşdırmada malyariyaya qarşı hazırlanan dərmanın böyüklərdə bir dəfə istifadən sonra ən az 6 ay qoruma təmin etdiyi müəyyən edilib.

330 nəfərin iştirak etdiyi araşdırmada malyariya daşıyıcıları 24 həftə ərzində izlənilib. Təcrübədsə iştirak edən şəxslərə verilən yüksək dozalı dərman 88 faiz, aşağı doza isə 75 faiz təsirli olur.

Malyariyaya qarşı hazırlanmış preparatın xəstəliyin geniş yayıldığı mövsümi fəsillərdə istifadə edilməsi planlaşdırılır.

Qeyd edək ki, dünyanın bir çox yerində hər il yüz minlərlə insanın ölümünə səbəb olan malyariyaya qarşı hazırlanan ilk peyvənd 2019-cu ilin aprelində Malavidə istifadəyə verilib.

Ən ölümcül xəstəliklərdən biri olan və hər 2 dəqiqədən bir uşaq ölümünə səbəb olan malyariya daha çox Afrikada müşahidə edilir.

Parazit ağcaqanadların dişləməsi ilə yayılan və orta hesabla 7 günlük inkubasiya dövründən sonra baş verən malyariya; Qızdırma, titrəmə, tərləmə, baş ağrısı, ürəkbulanma, qusma, əzələ ağrısı, zəiflik kimi qripə bənzər əlamətlərlə özünü göstərir.

pia.az


Etiket: Malyariya dərman


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib

Ən çox oxunanalar