Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maliyyə Nazirliyi: Keçmiş prezidentin qızı Özbəkistana cəmi 32 milyon dollar qaytarıb

Özbəkistanın birinci prezidentinin böyük qızı Gülnarə Kərimova ölkəyə cəmi 32 milyon dollar qaytarıb

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Özbəkistanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölkə mətbuatında G.Kərimovanın dövlət büdcəsinə 1,2 milyard dollar qaytarması haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. G.Kərimova 2018-ci ildə büdcəyə 20,2 milyon, bu il isə 11,8 milyon dollar qaytarıb.

Virtualaz.org xatırladır ki, G.Kərimovanın iki cinayət işinə görə Özbəkistana vurduğu zərər 2 milyard dollar təşkil edir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə, o cümlədən Rusiyada olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub.

Onu da xatırladaq ki, Gülnarə Kərimova 2015-ci ildə vergidən yayınmaqda və soyğunçuluqda ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin iyununda humanizm prinsipləri əsas götürülərək Gülnarə Kərimovanın cəzası ev dustaqlığı ilə əvəzlənmişdi. Amma həmin müddətdə o, ev dustağı kimi ölkə qanunlarını pozduğuna görə barəsində yenidən həbsxanaya göndərilməsi haqqında qərar qəbul olundu və hazırda cəzasını çəkir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Kiyevdə vəziyyət kritikləşdi: Ağır döyüşlərdə son vəziyyət

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ən çox oxunanalar