Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mahir Emreli: "Nə qədər yaxşı oyun sərgiləsən də, tarixdə nəticə qalır"

Mahir Emreli Belçikaya 0:1 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ matçı ilə bağlı danışıb...

"Nə qədər yaxşı oyun sərgiləsən də, tarixdə nəticə qalır. Reallıq odur ki, hər kəs bunu yadda saxlayır".

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli Belçikaya 0:1 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ matçı ilə bağlı danışarkən deyib.

26 yaşlı hücumçu həmin qarşılaşmada 1 xala layiq olduqlarını bildirib: "Məncə, 1 xal əldə edə bilərdik. Artıq növbəti görüşlərdə yaxşı oyunla kifayətlənməməli və nəticə qazanmalıyıq".

Emreli İordaniyaya 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşünə də toxunub: "Hər iki qarşılaşma bizim üçün ağır keçdi. Bunu tək rəqiblər baxımından demirəm. Meydanın ot örtüyü də yaxşı deyildi. Bu, bəlkə də "Araz-Naxçıvan"ın ev qarşılaşmalarını burada keçirməsi ilə əlaqədardır. Birinci matçda durum nisbətən yaxşı idi. İkinci görüşdə tam olaraq yaxşı futbol yox, döyüşkən oyun sərgiləmək lazım gəldi. Meydanın durumu və rəqib bunu tələb edirdi".

Forvard İordaniyanın aqressiv və döyüşkən kollektiv olduğunu diqqətə çatdırıb: "Onları təhlil edəndə də bunu görürdük. Hər matçda bütün güclərini meydanda qoyurlar. Belçika açıq oynuna imkan verirdisə, İordaniya çətinlik yaradırdı".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar