Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leysan yağacaq, güclü külək əsəcək, daşqın və sel olacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında sentyabrın 9-dan 10-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir...

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.

Sentyabrın 10-da şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 mn /s, səhər və gündüz bəzi yerlərdə arabir 30-34 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 12-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-aran, Qarabağ və Şərqi-Zəngəzur zonasının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Poliqon.info


Etiket: hava


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış başlayıb

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

24 saylı Nizami Seçki Dairəsinin 5 məntəqəsinin nəticələri ləğv edilib

"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

Ən çox oxunanalar