Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Külli miqdarda qızılın ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar


Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Balacayev Səməd Məhəmməd oğlu gömrük nəzarəti zonasına daxil olarkən hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan o, baqajının içərisindəki mallarının yoxlanılması və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı S.Balacayevə məxsus çamadanın içərisindəki paltarların arasından kiçik həcmli parça və sellofan paketlərin içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və yazılı formada bəyan olunmayan, bəzilərinin üzərlərində qaşlar olan 2 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd qolbaq, 1 ədəd üzərində “POCCИЯ 50г золото 999,9 N M4.9365″ sözləri həkk olunmuş külçə, 1ədəd üzərində “Tiffany 8 Co. 1995 İtaly” sözləri həkk olunmuş qolbaq, sırğa, üzük dəsti və 5 ədəd kolye aşkar edilib.

Aşkar olunan əşyalarla bağlı fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası təyin olunub və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən, ekspertizaya təqdim edilən 1 ədəd üzüyün metal hissəsi 585 əyarlı qızıldan, 1 ədəd külçə 999 əyarlı qızıldan, digər zərgərlik məmulatlarının metal hissələri 750 əyarlı qızıldan hazırlanıb, ümumi çəkisi 519,32 qram təşkil edir və məmulatlarin qaşları brilliantdır.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Ən çox oxunanalar