Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml "Vaqner"çiləri Kadırovçularla əvəz edə bilər - ISW

Kadırov mayın 31-də iddia edib ki, çeçen qüvvələri yeni əmr alıb...

Rusiya Ukraynada hücum əməliyyatlarını davam etdirmək üçün "Vaqner" qüvvələrini Çeçenistan lideri Ramzan Kadırovun bölmələri ilə əvəz etməyə cəhd edə bilər.

Poliqon xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) yeni hesabatında deyilir.

Qeyd olunur ki, Rusiya hərbi komandanlığı ehtimal ki, "Vaqner" qüvvələrinin Baxmutdan çıxarılmasından sonra Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun qüvvələrinə Ukraynada hücum əməliyyatlarına başlamağı əmr edib.

Kadırov mayın 31-də iddia edib ki, çeçen qüvvələri yeni əmr alıb və Donetsk vilayətinin cəbhə xəttində məsuliyyəti öz üzərinə götürüb. Kadırov həmçinin çeçen bölmələrinin “aktiv döyüş fəaliyyətinə” başlamalı və “bir sıra yaşayış məntəqələrini azad etməli” olduğunu iddia edib.

Onun sözlərinə görə, çeçen “Axmat” xüsusi təyinatlıları (Spetsnaz) və “Sever-Axmat” xüsusi təyinatlı alayı Marinka istiqamətinə keçib.

Kadırov qeyd edib ki, Rusiya hərbi komandanlığı Rusiya, Rosqvardiya (Rusiya Milli Qvardiyası) və Çeçen Axmat qüvvələrinə cəbhə xətti boyunca Zaporojya və Xerson vilayətlərində də hücum əməliyyatlarına başlamaq əmri verib.

Bir gün əvvəl bəzi KİV-lər Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun Moskvaya pilotsuz təyyarə hücumuna görə qisas alacağını vəd etdiyi barədə məlumat yayıb.

Rusiya mətbuatının məlumatına görə, təxminən 25 pilotsuz təyyarə MoskvaMoskva vilayətinə hücum edib, onların əksəriyyəti Moskva vilayətində hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, bəzi pilotsuz təyyarələr həddindən artıq alçaq hündürlükdə uçduqları üçün ağaclara və naqillərə ilişib. Üç pilotsuz təyyarə yaşayış binalarına çırpılıb, lakin onlardan biri partlayıcını işə salmayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Ən çox oxunanalar