Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kreml Bakıya nəzarətini qaytarmaq istəyir”


Rusiya üçün Cənubi Qafqazda ən önəmli ölkə daima Azərbaycan olub


Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib.
 
Onun sözlərinə görə, Azərbaycan üzərində nəzarət bütöv regiona nəzarət deməkdir:
 
“Buna səbəb yerləşdiyi coğrafi mövqe və təbii sərvətlərdir. Rusiya bu dövlətə sahib olarsa, demək olar ki, nəinki Cənubi Qafqaz, həmçinin Asiya ölkələri üzərində nəzarətini daha da artırmış olacaq. Bu günlərdə İran danışıqlarının nəticəsinin də Moskva üçün arzulanmaz olması onu Baki üzərində nəzarəti artırmağa vadar edəcək. Rusiya yaxşı anlayır ki, İranın dünya iqtisadi siyasətindəki rolu artarsa, bu, sabah Rusiya üçün böyük bir problemə çevriləcək. Buna görə də Kreml istəyir ki, Azərbaycanda mövcudluğunu tam şəkildə bərpa etsin. 

Doğrudur, Moskvanın Bakıya təsir imkanları var, amma o tam güclü şəkildə deyil. Bugünki siyasət də məhz buna doğru yönəlib. Bu, çox həssas bir prosesdir və bu məsələlərdə bütün mövcud dövlət təhlükəsizlik orqanlarının koordinasiyalı şəkildə işləmələri vacibdir. Əks halda hər an Rusiyanın siyasi təzyiqi və manevri ilə üzləşə bilərik. Unutmaq lazım deyil ki, Rusiya bizdən daha çox məlumata və gücə sahibdir. Bu gücə qalib gəlməyin və dövlətin təhlükəsizliyinin qorunmasının bir yolu var, o da beynəlxalq güclərlə bərabər addımlar atmaq. Qərb və Avropa ilə əlaqələrin yenidən möhkəmləndirilməsi sabahkı Rusiya təhlükəsinin qarşısını tam şəkildə ala biləcək”.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar