Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kreml Almaniyaya muzdlu qatillər göndərib” – Alman nəşri yazır

Berlində baş verən sui-qəsdin arxasında nələr durur?...

“Berlində çeçen mənşəli Gürcüstan vətəndaşı güllələnib. Bu, həqiqətən sifarişli qətldirsə, onda Rusiya hökumətinə qarşı ciddi tədbirlər görülməlidir. Məsələn, Baltik dənizinin dibi ilə çəkilən qaz kəmərinə qarşı sanksiyalar tətbiq edilməlidir”. Bu barədə Almaniyanın “Süddeutsche Zeitung” nəşri yazır.

Berlin Moskvanın istintaqla əməkdaşlıq etmədiyini əsas gətirərək Almaniyada diplomat kimi fəaliyyət göstərən rusiyalı agentləri ölkədən çıxarıb. Bunu kansler də təsdiqləyib.

Nəinki dəstək yoxdur, hətta çaşqınlıq yaratmağa çalışıblar: istintaqın əvvəlində Almaniya şübhəlinin kimliyi ilə bağlı Moskvaya sorğu göndərəndə saxta şəxsi məlumatlar həqiqi informasiya kimi “təsdiqlənib”.

Məqalədə deyilir ki, cinayət işinin xarakterini nəzərə alsaq, onun sifarişli olduğu görünür. Rusiya xüsusi xidmət orqanları “xəyanətkar” hesab edilən insanları xaricdə izləyir, onlara qarşı güc tətbiq edir və bəzən bu hadisələr ölümlə nəticələnir. Məsələn, İngiltərədə Litvinenko və Skripalların başına gələn hadisələr kimi. Moskva bu cür ittihamlara həmişə əks ittihamlara cavab verir, (...) ya da səs-küyün yatmasını gözləyir, çünki Rusiya çox böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir.

“Xüsusi xidmət orqanı Almaniyaya muzdlu qatil göndərirsə, iki ölkə arasında dost münasibətləri davam edə bilməz. Səfirlikdə akkreditasiyadan keçmiş agentlərin deportasiyası da kifayət etmir. Almaniya Baş Prokurorluğunun təbirincə desək, “dövlət orqanlarının” bu məsələdə əli olduğu təsdiqini tapsa, bu, Almaniya ərazisində dövlət terrorizmi aktı ola bilər. Hətta həmin “dövlət orqanları” Rusiya hökumətinin xəbəri olmadan hərəkət etsələr də. Ancaq prezidentin özünün xüsusi xidmət orqanının əməkdaşı olduğu bir ölkədə belə bir variant az ehtimal olunur”, - nəşr qeyd edir.

Kansler bildirib ki, Moskva ittihamları təkzib etmək üçün hələlik heç nə etməyib. Dekabrın 9-u Parisdə baş tutacaq görüşdə Merkel bu barədə Putinlə danışa bilər. Əgər qətl hadisəsi xüsusi xidmət orqanlarının iştirakı ilə həyata keçirilibsə, bu, ciddi nəticələrə səbəb ola bilər. Məsələn, “Şimal axını – 2” qaz kəməri layihəsi ilə bağlı əməkdaşlığa mənfi təsir göstərə bilər.

pia.az


Etiket: Berlin Almaniya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Kiyevdə vəziyyət kritikləşdi: Ağır döyüşlərdə son vəziyyət

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Ən çox oxunanalar