Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konstitusiya Məhkəməsi prezidentin impiçmentini araşdırmağa başlayıb

Gürcüstanın Konstitusiya Məhkəməsi deputatlardan prezident Zurabişvilinin impiçmenti barədə sorğu alıb və hazırda bu sorğu araşdırlır...

Poliqon xəbər verir ki, bu barədə Gürcüstanın Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Gürcüstanın Konstitusiya Məhkəməsinə prezident Salome Zurabişvilinin impiçmenti ilə bağlı 80 deputatın ərizəsi daxil olub, məhkəmə plenumu bir ay ərzində bu sorğu ilə bağlı parlamentə hesabat təqdim edəcək,

Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyası Zurabişvilinin hakimiyyətdən aldığı rədd cavablarına baxmayaraq, xaricə səfərlərini davam etdirdiyi üçün ona qarşı impiçment təşəbbüsü ilə çıxış edib.

“Sorğu müəllifləri 2023-cü il sentyabrın 12-də Konstitusiya Məhkəməsinə müraciət ediblər. Sentyabrın 14-də konstitusiya təqdimatlarının qeydə alınması prosedurundan keçdikdən sonra təqdimat qanunla müəyyən edilmiş qaydada qeydə alınıb. 1797 saylı konstitusiya təklifinə baxılacağı tarix barədə əlavə olaraq məlumat veriləcək”, deyə məlumatda bildirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Ən çox oxunanalar