Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kompüter klaviaturasını necə istifadə etdiyiniz stress səviyyəniz barədə məlumat verir...

İsveçrəli tədqiqatçılar kompüter qarşısında stress keçirən insanların davranışlarını araşdırıblar...

Poliqon The İndependent qəzetinə istinadən xəbər verir ki, tədqiqatçılar müəyyən ediblər ki, insanların kompüter “siçanı”ndan istifadə yöntəmi (kompüter istifadəçiləri daha çox daha çox “mouse” (-mauz) adlandırır) və klaviaturada yazı yazması stress əlamətlərinin göstəricisi ola bilər.

Sürixdəki İsveçrə Federal Texnologiya İnstitutunda aparılan araşdırmalar nəticəsində məlum olub ki, stresli insanlar kompüter siçanı ilə qəfil və şiddətli zərbələr vururlar.

Tədqiqat qrupuna rəhbərlik edən Mara Nägel bildirib ki, stressli insanlar “siçan”ın kursorunu daha tez-tez və kobud şəkildə hərəkət etdirərək ekranda daha uzun məsafə qət edirlər.

“Özünü rahat hiss edən insanlar məqsədlərinə çatmaq üçün daha qısa, birbaşa yollardan istifadə edirlər”, deyə Nägel əlavə edib.

Məlum olub ki, stressi olmayan insanlar daha az, lakin daha uzun fasilə verirlər və başqaları kimi çox səhv etmirlər.

Tədqiqat qrupu korporativ mühitdə işləyən 90 nəfəri ürək monitorları ilə təchiz edib. Bu arada süni intellekt sistemi iştirakçıların klaviatura və “siçan”lardan necə istifadə etdiklərini, stress səviyyələrinin ölçüldüyünü müşahidə edib.

“Biz təəccübləndik ki, klaviatura və “siçan”dan istifadə stress keçirən iştirakçıların ürək döyüntüsündən daha yaxşı hiss etdiyini göstərdi”, deyə Nägelin vurğulayıb.

Tədqiqatçıların məqsədi işçilərin ofis mühitində necə stresli olduqlarını müəyyən etmək üçün yeni yolları araşdırmaq olub.

Mütəxəssislər bu cür tapıntılar sayəsində işçilərin sağlamlığını iş həyatının stresindən qorumağı hədəfləyirlər. 2018-ci ildə aparılan bir araşdırma artan stress səviyyəsinin ürək problemlərindən əziyyət çəkən insanlarda ölümə səbəb olduğunu göstərib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

Ən çox oxunanalar