Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi prezidentin köməkçisi olacaq...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi adı açıqlanmayan amerikalı məmura istinadən məlumat yayıb. Agentliyin həmsöhbətinin sözlərinə görə, Kirbi Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri olaraq, müavin köməkçisindən prezidentin köməkçisinə qədər yüksələcək.
Kirbi milli təhlükəsizlik məqsədləri üçün qurumlararası kommunikasiyaların əlaqələndirilməsinə cavabdeh olacaq. Eyni zamanda, o, jurnalistlərə məlumat verməyə davam edəcək.
Mənbə qeyd edib ki, yeni struktura əsasən, Kirbi mətbuatla gündəlik işdən əlavə, ona administrasiyanın milli təhlükəsizlik məsələlərinə dair məlumatlarını sinxronlaşdırmağa kömək edəcək az sayda işçi alacaq.
Poliqon.info