Rusiya işğalçıları Ukraynada hava şəraitinin yaxşılaşması ilə cəbhənin bir neçə istiqamətində öz hücumlarını gücləndirə bilər...
Poliqon xəbər verir ki, bu barədə “Amerikanın Səsi” radiosuna müsahibəsində ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Biz bilirik ki, yazda, hava yaxşılaşmağa başlayanda, ruslar bəzi bölgələrdə hücuma keçə bilərlər və biz bunu gözləyirik. Bu hücumların haradan və necə edəcəklərini dəqiq bilmirik, lakin biz ukraynalıları bu hücumlardan müdafiə olunmalarını təmin etmək istəyirik”, deyə Kirbi bildirib.
Eyni zamanda Kirbi vurğulayıb ki, bu gün Ukrayna ordusnun zirehli texnikaya, artilleriyaya, hava hücumundan müdafiə sistemlərinə və logistikaya ehtiyacı var.
“Bütün bunlar həqiqətən də sahədəki istənilən ordunun can damarıdır. Bir ordunu döyüşdə necə saxlamaq olar? Əlbəttə ki, onu ehtiyat hissələri, qida, su və yanacaqla, fasiləsiz döyüşə bilmək üçün lazım olan texnika və sursatla təmin etməklə. Ukraynaya yardım məsələlərində bütün bunlar prioritetlər sırasında olmalıdır”, deyə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru qeyd edib.
Poliqon.info