Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kəndimizə dizin-dizin sürünə-sürünə, torpağımızı öpə-öpə geri qayıdacağam” - Zəngilan sakini

Dostlar, tanışlar sual verirlər ki, kəndinizə qayıdacaqsız? Əlbəttə, mən ora dizin-dizin sürünə-sürünə, torpağımızı öpə-öpə geri qayıdacağam.

Bunu Zəngilanın Vənədli kəndindən olan məcburi köçkün, ehtiyatda olan 42 yaşlı zabit Mais Quliyev deyib.

27 illik həsrətlərinə son qoyulduğunu deyən M.Quliyev bildirib ki, anasının, bibisinin, şəhid olan yoldaşlarının məzarlarına Zəngilan torpağını tökməyi arzu edib:

“Çox şükür ki, biz artıq bütün arzularımıza çatırıq. İşğal edilmiş torpaqlarımızda yaşayıb dünyasını dəyişənlərin ruhları sakit deyildi. İndi əminəm ki, onların ruhi sakitdir. Mən Şəhidlər Xiyabanındakı şəhidlərimizin üzünə alnıaçıq, üzüağ baxa bilmirdim, indi isə mən ora qürurla gedirəm”.

M.Quliyev torpaqlarımızın azad olması uğrunda canını fəda etməyə hazır olduğunu da vurğulayıb:

“Qardaşım Quliyev Elçin 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Mən özüm də torpaqlarımızın azad olması uğrunda canımı fəda etməyə hazıram. İnsanın yaşı artdıqca ataya, anaya olan məhəbbəti çoxalır. Lakin yaş getdikcə Vətənə olan məhəbbət ata-anaya olan məhəbbətdən daha üstün olur. Mən vətəndaş kimi Prezidentə, hərbçi kimi Ali Baş Komandana təşəkkür edirəm ki, bizə bu sevinci yaşadır. Mən gözünü belə qırpmadan canını qurban verməyə hazır olan Azərbaycan əsgərləri qarşısında baş əyirəm. Onların əllərindən, müqəddəs torpağımıza basdığı ayaqlarından öpürəm. Çünki bu gün Azərbaycan Prezidenti, şanlı Azərbaycan Ordusu tarix yazır. İşğal olunmuş ərazilərimiz şəhərbəşəhər, kəndbəkənd özümüzə qayıdır. Buna görə də bizim sevincimizin həddi-hüdudu yoxdur. Təəssüflənirəm ki, əsgərlərimizin yanında deyiləm, onlarla birgə döyüşmürəm. Mən hələ də ehtiyatda olan zabit kimi gözləyirəm”.(Trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Ən çox oxunanalar