Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcərdəki jurnalistlərin həyatına son qoyan mina yeni basdırılıb? - Foto

Kəlbəcərdə mülki vətəndaşların, o cümlədən jurnalistlərin minaya düşmə anının görüntüləri yayılıb. Videoda aydın şəkildə yollarda yamaqlı hissələr diqqət çəkir.

Xatırladaq ki, ötən gündən bəri həmin minanın yaxın günlərdə yoxsa əvvəldən həmin əraziyə basdırılmasına dair suallar səslənir.

Videoya baxdıqda isə həmin yerdə yeni minalanma işləri aparıldığı versiyası daha məntiqli görünür.

Qeyd edək ki, bu yaxınlarda Ermənistan ordusunun hərbçiləri Kəlbəcərdə təminat yollarını minalamağa cəhd göstərərkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılmışdı.

Hərçənd hadisənin baş verdiyi Susuzluq kəndi erməni diversantların saxlanıldığı Yuxarı Ayrım kəndindən müəyyən məsafədə yerləşir. Lakin diversiya qrupu bu məsafəni də qət etməyə qadirdir: Kəlbəcərin dağlı-meşəli ərazisi buna imkan yaradır.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.

Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Ən çox oxunanalar