Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Katolik kilsənin bu səfeh təmsilçisi...“- Fazil Mustafa

Millət vəkili Fazil Mustafa Roma Papasının İrəvanda erməni ictimaiyyəti qarşısındakı çıxışına münasibət bildirib


F.Mustafa qeyd edib ki, katolik kilsənin səfeh təmsilçisi öz babalarının adını da Osmanlılara qoymağa cəhd edir:

"Roma Papası ermənilərə yaltaqlanmaq üçün İrəvan səfərində əvvəlcədən hazırladığı mətni də bir kənara qoyub 1915-ci ildə ermənilərin ruslarla birlikdə türk-müsəlman əhaliyə qarşı vəhşiliklərini görməzdən gələrək Osmanlı Dövlətini ermənilərə qarşı soyqırım törətməkdə ittiham etdi. Tarix boyu yalnızca müsəlmanlara və yəhudilərə qarşı deyil, hətta öz dinindən olan milyonlarca insana qarşı terror gerçəkləşdirmiş bu katolik kilsənin bu səfeh təmsilçisi öz babalarının adını da Osmanlılara qoymağa cəhd edərək, onları cəllad adlandırdı. Bu türklərə qarşı səlib yürüyüşlərinin sadəcə diplomatik formasıdır. Maraqlıdır ki, bu katolik kilsəsi mənsubları ailə həyatı qurmadıqlarına görə özləri öz soylarını qırmış olurlar. İndi görəsən bu qırılmış soylarına görədəmi biz türkləri ittiham edəcəklər?"

Qeyd edək ki, Roma papası Ermənistan səfəri zamanı qondarma soyqırım qurbanlarına qoyulan abidəni ziyarət edib, 1915-ci il hadisələrini “soyqırım” adlandırıb. Osmanlı imperiyasını qəddarlıqda ittiham edən Roma papası anti-türk bəyanatları ilə Ermənistanı artıqlaması ilə məmnun edib.(moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Ən çox oxunanalar