Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kadırov məscid tikintisi ilə bağlı Sobyanin təklifini qəbul edib

Ramzan Kadırov mer Sobyaninin Moskvada məscidi başqa ərazidə tikmək qərarına müsbət reaksiya verib...

Çeçenistanın rəhbəri Ramzan Kadırov paytaxt meri Sergey Sobyaninin Moskvada tikilməsi nəzərdə tutulan yeni məscidin başqa əraziyə köçürülməsi ilə bağlı təklifini müsbət qiymətləndirib.

Poliqon xəbər verir ki, bu barədə Kadırov özünün Telegram kanalında yazıb.

“O, həssas siyasətçi və həmişə hər kəs üçün uyğun olan gözəl həll yolları tapan təsərrüfatçı şəhər rəhbəridir”, deyə Kadırov Sobyaninin ünvanına tərif yağdırıb.

Kadırovun sözlərinə görə, Rusiya Federasiyası ərazisində 30 milyona yaxın müsəlman yaşayır, ona görə də onların yaşayış yerlərində məscidlər tikilməlidir. Kadırov binanın yeni yerini də müsbət qiymətləndirib və yeni ərazinin əvvəlki yerdən, Müqəddəs Göl yaxınlığındakı ərazidən daha əlverişli olduğunu qeyd edib.

“Dediyim kimi, istənilən problemi diplomatik, ağlabatan yolla həll etmək olar”, deyə Çeçenistan rəhbəri fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Moskva meri Sergey Sobyanin bildirib ki, Kosino-Uxtomski rayonundakı Müqəddəs gölün yaxınlığında nəzərdə tutulan məscid tikintisi üçün başqa yer seçiləcək. Onun sözlərinə görə, tikinti sahəsinin dəyişdirilməsi tələbi digər məsələlərlə yanaşı, Patriarx Kirill və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Ravil Qaynutdindən gəlib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Ən çox oxunanalar