Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jirinovskinin varisindən Duqinanın dəfnində nasist lozunqu: “Bir xalq, bir reyx, bir fürer”

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Leonid Slutski «Putinin ideoloqu» Aleksandr Duqinin qızı Daryanın dəfnində nasist lozunqu ilə diqqəti cəlb edib.

Bu barədə “Meduza” xəbər verir.

Duqinanın həlk olmasını şərh edərkən, Slutski bəyan edib ki, guya onu «açıq danışdığına» görə öldürüblər. Deputat əmindir ki, onun adı ilə uşaqları, küçələri, məşhur yerləri adlandıracaqlar. Üstəlik də Slutski arzulayıb ki, Kiyevdə təbliğatçının şərəfinə küçə meydana gələcək.

Slutski səs-küylü bəyanatlardan başqa, nasist lozunqu ilə də seçilib. “Bizim müxtəlif pozisiyalara hüququmuz var, amma biz, əvvəllər heç vaxt olmadığı qədər, ən yeni tariximizdə birlik nümayiş etdirməliyik. Bir ölkə! Bir prezident! Bir qələbə!” - Slutski bəyan edib.

“Bir xalq, bir reyx, bir fürer» (alman dilində “Ein Volk, ein Reich, ein Fuhrer”) bəzən “Bir xalq, bir imperiya, bir rəhbər” kimi də tərcümə olunur - nasist Almaniyasının məşhur lozunqudur, almanların vahid xalq cəmiyyəti ətrafında cəmləşməsinı ifadə edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lənkəranskidən "oğru" adını almaq istəmişdi - Cinayət aləminin liderinə ömürlük cəza

Müdafiə Nazirliyinin rəhbər heyəti Türkiyədə "Doğanbey" təlim sahəsində olublar

Ayxan Hacızadə Peter Stanonun Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə iddialarına münasibət bildirib

Ceyhun Bayramov Pakistanda səfərdədir - Yenilənib

Türkiyə "Altay" tankının seriya istehsalına başlayıb

XİN: Aİ nümayəndəsinin bəyanatı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaqdır

Xoşbəxt yaşayan həyat yoldaşlarının 5 əsas vərdişi

Hürriyət: ABŞ Türkiyə ilə sərhəddə "kiçik İsrail" yaradır...

Ən çox oxunanalar