Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İvanişvili ilk turdakı uğursuzluqdan sonra çox ciddi işlədi…”

Bu sözləri politoloq Şahin Cəfərli deyib

“Gürcüstandakı seçkilərdə Bidzina İvanişvili qalib gəldi. Müxalifətə yaxın “Rustavi – 2” telekanalının sifarişi ilə ABŞ-ın “Edison Research” şirkətinin keçirdiyi “exit-poll”un nəticələrinə əsasən Salome Zurabişvili prezident seçilib. Əgər müxalifətin sifarişi ilə keçirilən sorğu iqtidar namizədinin qalib gəldiyini göstərirsə, deməli, kütləvi saxtakarlıqdan danışmaq doğru deyil”.

O bildirib ki, əlbəttə, qanun pozuntuları, ən müxtəlif əyintilər kifayət qədər olub:

“Bunlar zatən 1-ci turda da var idi. Amma İvanişvili ilk turdakı uğursuzluqdan sonra çox ciddi işlədi, özünün bütün maddi və siyasi resurslarını, eyni zamanda inzibati resursları işə saldı və öz namizədinin lazımi miqdarda səs yığmasını təmin etdi. Gürcüstan kimi demokratiyanın oturuşmadığı, bu istiqamətdə hələ kövrək addımlar atmaqda olan bir ölkədə Avropa demokratiyaları səviyyəsində seçki gözləmək yanlışdır. Hakimiyyətdəki qüvvənin, kim olursa olsun, böyük üstünlüyü var, pul və güc mühüm amildir. İkinci tur ərəfəsində problemli kreditlərin silinməsi, maaş, müavinət artımı kimi populist addımlar öz rolunu oynadı”.

Politoloq deyib ki, ən mühüm faktor isə məncə, Saakaşvili dönəmindən narazı olan, onun qayıtmasını istəməyən təbəqələrin hərəkətə gətirilməsi olub: “Belələrinin sayı Gürcüstanda kifayət qədər çoxdur. İqtidarın seçkini şüurlu şəkildə “Saakaşvili gəlsin, gəlməsin?” referendumuna çevirməsinin müxalifətin əleyhinə işləyəcəyini yazmışdım”.

Şahin Cəfərli bildirib ki, “Rusiya qalib gəldi” şəklində reaksiyalar mənasızdır: “”Gürcü Arzusu” 2012-ci ildən hakimiyyətdədir və ötən müddətdə avroatlantik inteqrasiya yönündə ciddi məsafə qət edilib. Qərb də maraqlıdır ki, radikal və impulsiv Saakaşvilinin iqtidara qayıtmasındansa, indikilər bir müddət də qalsın”.(strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

İcra başçısının xanım müavini işdən çıxarıldı

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay