Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbuldakı terror hadisəsi hansı məqsədlər daşıyır və kimlər Türkiyəyə hansı mesajı verdi?

Dünən Türkiyədə qanlı terror hadisəsi törədildi...

Politoloq: “Türkiyədə törədilən terror ilk növbədə bu ölkədə ictimai siyasi sabitliyi hədəf alıb”.

ABŞ-ı ittiham etmək və onun üzürün qəbul etməmək yanlış ifadədir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Türkiyədə törədilən terror aktını PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyənin İstanbul şəhərində terror hadisəsi törədildi. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Ölkənin daxili işlər naziri Süleyman Soylu isə bildirib ki: “Bu hadisəni həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Heç narahat olmasınlar, əvəzini daha ağır ödəməli olacaqlar. Düşünürəm ki, ABŞ-nin bu gün verdiyi başsağlığı mesajını sanki qatilin hadisə yerinə ilk çatanlardan biri olduğu kimi dəyərləndirmək vacibdir və bu mesajın da cavabı çox açıq şəkildə ortaya çıxacaq”.

Türkiyədə törədilən dəhşətli terror hadisəsi hansı məqsədlər daşıyır və Ankaraya kimlər hansı mesajı verdi?

Qanlı İstanbul terrorunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Bu terrorun hədəfi birbaşa Ərdoğan hakimiyyətini nüfuzdan salmaqdır”.

PKK-nı ayaqda tutmaq və onun varlığını hiss etdirmək üçün belə bir terrora əl atıldığını düşünən politoloq PİA.az-a açılamasında vurğulayıb ki, hədəf bəllidir. Amma, bu Türkiyəni zəiflətməyəcək və AKP iqtidarını gücləndirəcək:

“Türkiyədə törədilən terror ilk növbədə bu ölkədə ictimai siyasi sabitliyi hədəf alıb. İstanbulun Taksim meydanında İstiqlaliyyət küçəsini seçilməsi təsadüfi deyil. Terror törədilən ərazi mərkəzi meydandadır və bura əsaən turistlər daha çox gəlir. Bu terrorun hədəfi birbaşa Ərdoğan hakimiyyətini nüfuzdan salmaqdır. Bildiyimiz kimi Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək. Cənab Ərdoğanın qələbə əldə etməməsi üçün belə bir teraktların davam etməsi mümkün ola bilər.

Bu terror aksiyasını PKK terror təşkilatı həyata keçirib. Türkiyənin PKK qarşı anti-terror əməliyyatları daxildə və sinir ötəsində davam edir. Demək olar ki, kifayət qədər PKK zəifləyib. Bu da bəzi mərkəzlərin maraqlarına cavab vermir. PKK-nı ayaqda tutmaq üçün və onun varlığını hiss etdirmək üçün belə bir terrora da əl atılır. Hədəf bəllidir. Amma, bu Türkiyəni zəiflətməyəcək və AKP iqtidarını gücləndirəcək. Xalq daha da iqtidara səs verəcək. Qərbdə də Ərdoğanı sevməyənlər var. Buna görə də onlarda bu terrora dəstək verir.

Məhəmməd Əsədullazadə: “Terror Türkiyənin hədəflərinin qarşısını almaq iqtidarında deyil”.

Süleyman Soyunun fikirlərinə gəldikdə isə bu dövlət ağlı deyil. Nazirin söylədiklərini onun subyektiv fikri kimi qiymətləndirirəm. ABŞ-ı ittiham etmək və onun üzürün qəbul etməmək yanlış ifadədir. Ümumiyyətlə, PKK bu terroru birinci dəfə deyil Türkiyədə həyata keçirir. Biz bilirik ki, PKK-nı kimlər silahlandırır. İlk növbədə əməliyyatları gücləndirmək və hədəfləri zərərləşdirmək lazımdır. PKK kifayət qədər zəifləyib.

Türkiyənin İraqda və Suriyada hərbi əməliyyatlarında belə terror olmurdu. Amma, seçkilər yaxınlaşdıqca daxili siyasi vəziyyəti böhrana salmaq planları var. Bundan əvvəldə seçki ərəfələrində Türkiyədə belə qanlı terror aksiyaları olub. Düşünürəm ki, AKP bunun öhdəsindən gələcək. Terror Türkiyənin hədəflərinin qarşısını almaq iqtidarında deyil. 2023-cu il Türkiyə üçün həlledici ildir. Cümhuriyyətin 100 illiyi, seçkilər və strateji planların reallaşması olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ən çox oxunanalar