Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbulda Xocalıya Ədalət Həftəsi keçirilib - Fotolar


“İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) Türkiyənin İstanbul şəhərində “Xocalıya Ədalət” həftəsi keçirib


Bu barədə məlumat verən birliyin sədri Fərid Şahbazlının sözlərinə görə, İGİB artıq beş ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına qoşularaq İstanbulda anma tədbirləri həyata keçirir:

Xocalıya Ədalət” həftəsinin keçirilməsində məqsəd Xocalı soyqrımı, Dağlıq Qarabağ münaqişəsi ilə həqiqətləru qardaş ölkə ictimaiyyətinin diqqət mərkəzinə gətirməkdir. F.Şahbazlı qeyd edib ki, həftəlik çərçivəsində Marmara, Yeni Yüzyıl, İstanbul Mədəniyyət Universitetlərində anma proqramları təşkil edilib.

İstanbulda reallaşdırılan "Xocalıya Ədalət" həftəsində Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunub. Milli Məclisin deputatları Elşən Musayev, Eldəniz Səlimov, Əməkdar artist Aybəniz Haşımova, QHT rəhbərləri Fəxrəddin Həsənzadə, Əhməd Şahidov universitetlərdə təşkil edilən konfranslarda çıxış edərək, Xocalı soyqrımının acı nəticələri və erməni vəhşiliyindən söz açıblar.

Xocalıya Ədalət” həftəliyində Türkiyə tərəfindən Marmara Universitetinin prorektoru Receb Bozlağan, Yeni YüzYıl Universitetinin rektoru Yaşar Hacısalihoğlu, Mədəniyyət Universitetinin prorektoru Ahmet Cihan, NTV televiziyasının Xarici xəbərlər xidmətinin rəhbəri Ahmet Yeşiltepe, İGİB sədrinin müşaviri İsmayıl Hakkı Şener ve digər şəxslər çıxışlar edərək, Azərbaycan xalqının kədərini bölüşdüklərini, Xocalı soyqrımına dünya səviyyəsində hüquqi və siyasi qiymət verilməsi üçün bundan sonra da dəstəklərini əsirgəməyəcəklərini qeyd ediblər.

Həftəlik çərçivəsində keçirilən tədbirlərdə Əməkdar artist Aybəniz Haşımova və “Bülbüllər” qrupunun üzvləri tərəfindən vətənpərvərlik ruhunda musiqi kompazisiyaları təqdim edilib.

Həftəlik çərçivəsində təşkil edilən tədbirlər Türkiyənin TRT Haber və NTV televiziyaları tərəfindən işıqlandırılıb.

Qeyd edək ki, İstanbulda “Xocalıya Ədalət” həftəsinə Türk Hava Yolları, “Azər-Türk Bank” ASC, STİ Travel Azərbaycan dəstək verib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Ən çox oxunanalar