İndiyədək 11956 pasiyent sağalıb...
İsraildə koronavirusa yoluxanların sayı 16 526 nəfərə çatıb.
Məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.
Son sutkada ölkədə 34 yeni yoluxma, 4 ölüm hadisəsi qeydə alınıb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 258-ə çatıb. İndiyədək 11 956 pasiyent sağalıb.
İsraildə hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub. (Report)
pia.az