Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslam Həmrəyliyi Oyunları üçün 90 təcili yardım briqadası ayrılıb


Mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında əhaliyə lazımi tibbi xidmət göstərmək üçün təcili yardım briqadaları hazır vəziyyətə gətirilib


Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, beynəlxalq tədbir zamanı tibbi yardımın təşkili üçün 90 təcili yardım briqadası ayrılıb.

 Bu briqadanın tərkibinə həkim, orta tibb işçisi və 42 sanitar avtomobilin daxil olduğunu deyən R. Nağıyevin sözlərinə görə, onlar əsasən qonaqlara, idmançılara və yarış iştirakçılarına tibbi xidmət göstərəcək: 

"42 sanitar avtomobil müasir avadanlıqlarla, dərman preparatları, yeni tibbi ləvazimatlarla təmin edilib, hansısa qəza hadisəsi zamanı yerində tibbi müayinənin keçirilməsi üçün rentgen avadanlıq, laborator müayinələr hazır vəziyyətə gətirilib. Həkim və orta tibb işçiləri isə reanimasion tədbirləri həyata keçirmək üçün yenidən kurslardan keçirilib. Oyunlar zamanı təcili yardım briqadalarının xidmət göstərəcəyi obyektlər siyahı üzrə müəyyənləşib, Olimpiya Komitəsi tərəfindən razılaşdırılıb. Artıq oyunlarda lazımi tibbi yardım göstərmək üçün təcili yardım briqadaları, işçi heyət qeydiyyatdan keçirilib”.

R. Nağıyev əlavə edib ki, gün ərzində 138 təcili briqada əhaliyə xidmət göstərir. Onun sözlərinə görə, İslam Həmrəyliyi Oyunları zamanı da adi günlərdə olduğu kimi eyni sayda təcili yardım briqadası işləyəcək: 

"103 xidmətində ingilis və fransız dilini bilən xüsusi həkimlər saxlanılacaq ki, xarici vətəndaşlar yerlərlə bərabər 103 xidməti vasitəsilə də təcili yardım müraciət edə bilsinlər. Xarici vətəndaşlar müraciət etdikdə onlara da lazımi tibbi yardım göstəriləcək. May ayının əvvəlindən sonuna kimi təcili yardım stansiyası İslam Həmrəyliyi oyunları ilə bağlı tam gücləndirilmiş iş rejimində çalışacaq”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar