Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraqda yeni hökumət

Yeni baş nazir uzun illər Fransada mühacir həyatı yaşamış təcrübəli maliyyəçidir, ancaq Adil Əbdülmehdinin qarşısında həll olunası ciddi problemlər var

İraqda uzun sürən müzakirələrdən sonra prezident və baş nazir seçmək mümkün olub. 2018-ci il mayın 12-də keçirilən seçkilərdən sonra İraqda hökumət qurulması və prezident və baş nazirin müəyyən olunması prosesi ötən illərdəki qədər olmasa da, yenə də 4 aydan çox zaman aldı.

Qeyd edək ki, hazırkı federativ İraq konstitusiyasına əsasən yeni seçilmiş parlament əvvəlcə məclis sədrini (Amerika işğalından sonra formalaşan sistemə əsasən sünni siyasi qrupların təmsilçisi olmalıdır – K.R.) seçməli, ardınca isə parlament ölkənin prezidentini (kürd siyasətçi olmalıdır – K.R.) seçməli, yeni prezident isə parlament partiyası və ya partiyalar koalisiyasının irəli sürdüyü baş nazir namizədini (şiə siyasətçi olmalıdır – K.R.) təsdiqləməlidir.

Məlum olduğu kimi, bundan əvvəl əldə olunmuş anlaşmaya əsasən Anbar vilayətinin keçmiş valisi Məhəmməd əl-Halbusi parlamentin sədri seçilib. Oktyabrın əvvəlində isə parlamentdə keçirilən səsvermə nəticəsində kürd siyasətçi, Şimali İraq mərkəzli Kürdüstan Vətənpərvərlər İttifaqı Partiyasının namizədi Bərham Saleh ölkənin yeni prezidenti seçilib.

Yuxarıda qeyd etdiyimiz kimi, İraqda mövcud qanunlara əsasən ölkənin prezidenti kürd siyasətçi olmalıdır. Hazırkı şərtlərdə parlamentdə əsas səslərə sahib olan iki kürd partiyası var. Bu səbəbdən də daha əvvəl də Məsud Bərzaninin liderliyini etdiyi Kürdüstan Demokratik Partiyası və İraqın işğaldan sonra ilk prezidenti olmuş Cəlal Təlabaninin lideri olduğu Kürdüstan Vətənpərvərlər İttifaqı Partiyası arasında anlaşma nəticəsində İraq prezidenti seçilib.

Ancaq bu dəfə ötən ilki Kürdüstan böhranından sonra Bərzani və Talabani qrupu arasında baş verən anlaşmazlıq səbəbindən prezident seçkiləri təxirə düşmüşdü. Ancaq nəhayət ki, toplanan parlament səsvermə keçirib və nəticədə 272 deputatın iştirak etdiyi iclasda Təlabinin qrupundan olan Bərham Saleh Bərzaninin namizədi Fuad Hüseyni 22 səsə qarşı 219 səslə məğlub edərək İraq prezidenti seçilib.

Bərham Salehin 58 yaşı var. 1960-cı ildə İraqın şimalında Süleymaniyyə şəhərində anadan olub. 19 yaşında hökumət əleyhinə etirazlarda iştirak etdiyi üçün həbs olunub. daha sonra Britaniyaya gedərək orda ali təhsil alıb.

2006-2009-cu illərdə İraq baş nazirinin müavini, 2009-2012-ci illərdə Şimali İraq Kürd Administrasiyasının baş naziri vəzifələrində çalışıb. İxtisasca memardır, Süleymaniyyə Amerika Universitetinin qurucusudur. Bərham Saleh kürd olsa da, ərəblərlə yaxın əlaqələrə malikdir, parlamentdə ona ciddi deputat dəstəyi olması bunu göstərir. Eyni zamanda o, ötən ilki referendum zamanı İraqın ərazi bütövlüyünü dəstəkləyib. Bu isə onun ölkədə ciddi nüfuz sahibi olmasına səbəb olub.

Artıq İraqın yeni prezidenti qaydalara əsasən ölkənin yeni baş nazirini təyin edib. İraqın növbəti 4 ildə baş naziri Adil Abdülmehdi olacaq. yeni baş nazir qarşıdakı bir ay ərzində İraqın yeni hökumətini fromalaşdıracaq.

Adil Əbdülmehdinin 76 yaşı var. BBC-nin dosyasında qeyd olunur ki, 1960-cı illərdə siyasi fəaliyyətə qoşulub, bu səbəbdən də barəsində ölüm hökmü çıxarılıb. Bu səbəbdən də İraqı tərk edərək Fransaya qaçıb. Fransada iqtisadiyyat sahəsində təhsil alıb, iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Eyni zamanda bir dövrdə sola meyllənib. Adil Əbdülmehdi Həkim ailəsinin liderlik etdiyi İraq Ali İslam Şurası təşkilatının üzvü olub.

Səddam Hüseynin devrilməsindən sonra Əbdülmehdi İraqa qayıdıb və 2004-2005-ci illərdə İraqın maliyyə naziri olub. Məhz onun sayəsində beynəlxalq kredit təşkilatları İraqın borclarını silməyə razılaşıblar. Sonuncu Heydər İbadi hökumətində isə Əbdülmehdi iki il neft naziri postunu tutub, ancaq daha sonra “xaos və narahatlıq atmosferini” əsas göstərərək istefa verib. daha sonra Əmmar əl-Həkimin təşkilatından ayrılaraq Milli Hikmət Hərəkatı adlı partiya yaradıb.

Ancaq bəzi müşahidəçilər Adil Əbdülmehdinin İranla yaxın münasibətlərinin olduğunu, bu səbəbdən də onun təyinatının Vaşinqtonda narahatlıqla qarşılandığını qeyd edir. Ancaq istənilən halda İraqın öz şərtləri var, bu şərtlər isə Amerikanın İraqdakı hələ də əsas güc olduğunu diktə edir. Adil Əbdülmehdinin qarşısında korrupsiya içərisində boğulan hökumət, böyük hərbi xərclər, üçdə biri dağılmış bir ölkə var. Bu işin öhdəsindən gəlmək isə elədə asan olmayacaq.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay