Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq əlavə ABŞ hərbçilərinin yerləşdirilməsinə razı olmayacaq

Rəsmi Bağdad heç bir halda İraq ərazisində ABŞ-ın əlavə hərbi birləşmələrinin yerləşdirilməsinə razı olmayacaq...

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq Nümayəndələr Şurasının (parlament) Təhlükəsizlik və Müdafiə Komitəsinin nümayəndəsi Kərim əl-Məhəmmədai bildirib.

ABŞ-ın İraqa yeni qüvvələr göndərmək niyyəti ilə bağlı xəbərlərin heç bir əsası yoxdur. Nə Nümayəndələr Şurası, nə də İraq hökuməti səbəb və arqumentdən asılı olmayaraq, belə bir addımla razılaşmayacaq”, - deputat deyib.

Əl-Məhəmmədainin fikrincə, İraqa əlavə ABŞ qüvvələrinin göndərilməsi ilə bağlı bu cür xəbərlər ölkənin hazırkı baş naziri Məhəmməd əl-Sudaninin ölkə ərazisindən Amerika kontingentinin tam çıxarılmasına yönəlmiş səylərinə mane olmaq cəhdidir.

Deputat qeyd edib ki, İraqın hökumət başçısının bu mövqeyi ölkə parlamenti tərəfindən də dəstəklənir.

Əl-Məhəmmədainin bəyanatı ABŞ mediasında Suriyaİraqa 1,5 min Amerika hərbçisinin göndərilməsi ilə bağlı yayılan məlumatlara cavab olub. Xatırladaq ki, ABŞ-ın bu ölkələrdə artıq 4 minə yaxın hərbçidən ibarət kontingenti var.

Üstəlik, yanvarın 5-də İraqın Baş naziri Məhəmməd əl-Sudani beynəlxalq koalisiya qüvvələrinin İraqda mövcudluğunun əsaslandırılmasının başa çatdığını və Bağdadın ölkədə xarici hərbçilərin mövcudluğuna son qoymaq üçün konkret tədbirlər görmək niyyətində olduğunu bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar