İran İslam Respublikasının parlamenti Asiya Parlament Assambleyasının məqsədlərini dəstəkləməkdədir...
APA xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyası çərçivəsində təşkil edilmiş müzakirədə İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri Cəlil Rahimi Cahanabadi deyib.
"İran Azərbaycanın Asiya Parlament Assambleyasına sədrliyini tam dəstəkləyir və fəaliyyətin gücləndirilməsi istiqamətində lazımi dəstəyi verəcəkdir", - o əlavə edib.
Nümayəndə heyətinin rəhbəri Qəzzada baş verənlərlə bağlı fikirlərini bölüşərək İranın Fələstin xalqının yanında olduğunu ifadə edib.
Poliqon.info