Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda iki yeniyetmə edam gününü gözləyir…

İranda iki yeniyetmə hökumət əleyhinə nümayişlərdə iştirak etdiklərinə görə ölüm cəzası ilə üzləşirlər…

PİA.az xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri yazıb.

Bild yazır ki, 17 yaşlı Sonia Şərifi edam cəzasına məhkum edilib. Qıza qarşı “Allaha düşmənçilik” ittihamı irəli sürülüb. İran rəsmilərinin bildirdiyinə görə, o, “Molotov kokteyli hazırlayarkən” və “qraffit yazarkən” görüntülənib.

İran Milli Müqavimət Şurasının məlumatına görə, Şərifi noyabrın 19-da nənəsinin evində saxlanılıb. Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, həbs zamanı yeniyetmə şiddətli döyülüb. Qıza dekabrın 15-də hökm oxunub. Bu hökmdən əvvəl Şərifi həbsdə olub.

Türkiyənin “Diken” qəzeti yazır ki, Abdanan şəhərinin (İlam vilayəti) prokurorluğu qızın ailəsinə onun işinin gedişi ilə bağlı ətraflı məlumat verməyib və onlara hüquqi məsləhət verməkdən imtina edib.

Oktyabrın ortalarından həbsdə olan 15 yaşlı Əmir Hüseyn Rəhimi də ölüm cəzasına məhkum edilə bilər,

PİA.az xəbər verir ki, bu barədə The New Arab portalı yazır. O, Sonia Şərifi kimi “Allahla düşmənçilikdə” ittiham olunur.

Yeniyetmənin anasının sözlərinə görə, nümayişi dağıdarkən polis onu ov tüfəngi ilə yaralayıb. Qadın iddia edir ki, güllə hələ də oğlunun bədənindən çıxarılmayıb. Rəhiminin anası da yeniyetmənin həbsxanada işgəncələrə məruz qaldığını bildirib.

Bundan əlavə, ana, oğluna məhkəmə tərəfindən təyin edilmiş vəkilinin onunla danışmaqdan imtina etdiyini bildirib:

“Mən nəhayət məhkəmənin təyin etdiyi vəkilin telefon nömrəsini tapıb onunla danışanda o mənə dedi: “Mənimlə hansı işdən danışdığınızı bilmirəm, amma yəqin ki, müdafiə üçün lazım olan hər şeyi etmişəm”' Mən ona dedim ki, məhkəmədəki müdafiəsinin mövqeyini dəqiq bilməliyəm, amma o, mənə: “Sənə bundan artıq izahat verə bilmərəm”, dedi və telefonu söndürdü.

İran hakimiyyəti oğlanı 11 500 avro məbləğində girov müqabilində azad etməyi təklif edib, lakin ailənin bu qədər pulu yoxdur.

İranda kütləvi etirazlar və nümayişçilərin edam edilməsi

Sentyabrda İranda 22 yaşlı tələbə Məhsa Aminin ölümündən sonra kütləvi etirazlar başlayıb. Polis qızı küçədə saxlayıb, çünki patrulun dediyinə görə, hicab saçını kifayət qədər yaxşı örtməyib. Həbsdən sonra Amini döyülüb və bir neçə gün sonra xəstəxanada dünyasını dəyişib. Səlahiyyətlilər ölümün səbəbinin ürək xəstəliyi olduğunu iddia edib.

Əmininin ölümündən sonra İranın onlarla şəhəri qadınların hicablarını yandırdığı etiraz aksiyalarına büründü. Ötən aylarda azyaşlılar da daxil olmaqla 14 min etirazçı həbs edilib. Həbs edilənlər arasında ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin qardaşı qızı da var. Iran Wire portalı yazır ki, etirazlarda iştiraka görə 30-a yaxın adam ölüm cəzasına məhkum edilib.

Dekabrın 8-də səhər İranda hökumət əleyhinə mitinqlərdə iştirak etməkdə təqsirli bilinən 11 etirazçıdan birincisi olan 23 yaşlı Möhsün Şəkəri asılaraq edam edilib. Gənci “Allaha qarşı düşmənçilik”də də ittiham ediblər. O, sentyabrın 25-də Tehranda əsas yolu bağlayıb və İran İnqilabı Keşikçiləri Korpusunun əməkdaşını bıçaqlayıb.

Financial Time-ın məlumatına görə, mühafizəçiyə 13 tikiş atılıb. Fəalın özü bildirib ki, o, “lazımi proses olmadan şou-məhkəmə”dən sonra edama məhkum edilib.

Reuters xəbər verir ki, dekabrın 13-də İranda 23 yaşlı etirazçı Məcid Rza Rəhnavard da "Allaha qarşı düşmənçilik" və təhlükəsizlik qüvvələrinin iki əməkdaşını öldürdüyü iddiası ilə edam edilib.

İranlı hüquq müdafiəçilərinin bildirdiyinə görə, Raxnavardın etirafı zorla alınıb. “Rahnavard açıq-aşkar ədalətsiz hüquqi prosesdən və şou məhkəməsindən sonra məcburi etiraf əsasında ölüm cəzasına məhkum edilib. Bu cinayətin İslam Respublikası üçün ciddi nəticələri olmalıdır”, deyə Norveçdə mənzillənən İran İnsan Haqları Təşkilatının rəhbəri Mahmud Amiri-Moghaddam “Tvitter” hesabında yazıb.

Bundan başqa, “Traktor” və “Rah-Ahan” futbol klublarının sabiq futbolçusu 26 yaşlı Əmir Nəsr-Azadani etirazlarda iştirak etdiyi üçün edam cəzasına məhkum edilib. Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) da idmançının gələcək taleyi ilə bağlı məlumatlara münasibət bildirib.

“26 yaşlı Əmir ölkəsində qadın hüquqlarını və əsas azadlıqlarını dəstəkləyən etirazlardan sonra İranda edam olunacağı ilə bağlı xəbərlərdən FIFPro şoka düşüb və hiddətlənib. Biz Əmirlə həmrəylik nümayiş etdiririk və onun cəzasının dərhal götürülməsinə çağırırıq”, deyə təşkilatın Twitter-dəki bəyanatında deyilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Oğuz-Qəbələ-Bakı su kəmərinin doldurulması başa çatdırılıb

Ən çox oxunanalar